Icma.az
close
up
RU
İranın narahatlığı başadüşüləndir Politoloq

İranın narahatlığı başadüşüləndir Politoloq

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Azərbaycanda jurnalistlərlə görüşü zamanı diqqətçəkən bəyanatla çıxış edib. O bildirib ki, İrana hücum olarsa, müharibə sərhədləri aşacaq.

“Bəzi region ölkələri bunu başa düşür və bu təhlükə barədə ABŞ rəhbərliyi məlumatlandırılıb”, - deyə nazir müavini qeyd edib.

Bu fikrin Azərbaycana səfər zamanı səsləndirilməsi təsadüfdürmü?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Redaktor.az-a açıqlamasında qeyd etdi ki, Azərbaycan regional əməkdaşlığı təşviq edir:

"Mövcud reallıqda bu əsasdır. Dövlətimiz bunun baş tutması üçün bütün fürsət və imkanlardan yararlanır. Bütün layihələrə regional aktorları dəvət edir. İranın xarici işlər naziri Abbas Əraqçi ötən il Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilərkən də əməkdaşlıq məsələləri son dərəcə müsbət və konstruktiv şəkildə bir daha nəzərdən keçirilmişdi və hər iki tərəfin bu işdə qətiyyəti və siyasi iradəsi diqqətə çatdırılmışdı. Şübhəsiz ki, bundan sonra İranın daxilində baş verən proseslər onun həm daxili, həm də xarici siyasətinə təsirsiz ötüşməyəcək. Regional və beynəlxalq aktorlarla olan münasibətində ciddi dəyişikliklərə getməsinə məcbur edəcək. Azərbaycan Prezidenti Davosda bildirdi ki, sabitlik ən böyük sərvətdir. Azərbaycanın yanaşması bundan ibarətdir ki, sərhədlər boyu sabitlik haqqında ciddi düşünülməlidir və heç bir dövlətin suverenliyinə, legitimliyinə xələl gətirilməsini istəmirik. Ölkəmizdə daxili risklər mövcud deyil. Bütün risklər kənardan qaynaqlanır, bunu dövlət başçımız bir daha diqqətə çatdırdı".

Onun sözlərinə görə, Azərbaycan İranda baş verən qeyri-sabitlikdən narahatdır:

"Çünki regionda bizə sabitlik, proqnozlaşdırılma və sülh lazımdır ki, investorların regiona cəlb olunması ilə bağlı qarşıda heç bir maneə dayanmasın. Çünki dövlət başçımızın son çıxışlarında investorları daha aktiv şəkildə bölgəyə çağırdığının şahidiyik. Həm də, Azərbaycan illər ərzində müharibədən, işğaldan əziyyət çəkən, qurbanlar verən ölkədir. Bu baxımdan, sülhün və sabitliyin istənilən ölkə üçün uğur qazanmağın yeganə yolu olduğunu bilir, bunu diqqətə çatdırır, bu düsturu dövlət başçımız son dərəcə düzgün müəyyənləşdirir. Təbii ki, məsələlər enerji bazarına da təsirsiz ötüşmür, amma sevindirici amil odur ki, qiymət stabildir, Azərbaycan üçün məqbul səviyyədədir. Dövlət başçımızın da bildirdiyi kimi İranda və Venesuelada baş verən proseslər neftin qiymətinə ciddi təsir etmədi. Bu da praqnozlaşdırılabilənlik yaradır. Sabitlik və təhlükəsizlik ən böyük sərvətdir. Azərbaycan heç bir halda İranın sabitliyinin pozulmasında maraqlı deyil və öz ərazisindən İrana qarşı təcavüz kimi istifadə edilməsinə yol verməyəcək. ABŞ ilə dərinləşdirilən münasibətlər, bölgəyə investorların cəlb olunması heç bir regional aktorun marağına zidd kimi düşünülən addımlar deyil. Bu, əməkdaşların sayının artırılmasına yönələn addımlardır. Bu baxımdan İran da regional aktorlardan heç bir təhdidin olmaması istiqamətində rahatlıq əldə etmək istəyir. Bunu təhdid kimi, barmaq sallama kimi qəbul etməyək. Zənnimcə, başadüşüləndir".

Ş.Həsənova İran rəsmisinin həmin fikri Azərbaycanda səsləndirməsinə də toxundu:

"Fikrin Azərbaycanda səsləndirilməsi də bundan qaynaqlanır ki, mövcud layihələr də olmaqla Azərbaycan proseslərdə söz sahibidir. Dağıdıcı variantlara icazə verməmək üçün Azərbaycan əsaslı rol oynaya bilər. Azərbaycanın yanaşması bundan ibarətdir ki, heç bir halda öz ərazisindən başqa dövlətin ərazisinə təcavüz üçün icazə verməyəcək. Problemlər danışıqlar masası ətrafında dağıdıcı amillər deyil, konstruktiv meyillər üzərindən həll edilməlidir. İqtisadiyyatların genişlənməsi və şaxələndirilməsi əsas hədəfdirsə arxaya, ya ətalətə deyil, önə baxmaq və inkişafa fokus olmaq lazımdır".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Yanvar 2026 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see393

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see378

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see309

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see308

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see302

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see229

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see227

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see209

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see205

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see186

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see182

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see177

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see171

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see167

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see167

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri