Icma.az
close
up
RU
İranın əsl silahı Hörmüzün altından imiş 17 ədəd...

İranın əsl silahı Hörmüzün altından imiş 17 ədəd...

Icma.az, Bakupost portalına istinadən məlumat verir.


ABŞ prezidenti Donald Tramp son olaraq “Sky News”a verdiyi müsahibədə bildirib ki, danışıqlar məqbul bir razılaşma əldə etməsə, ABŞ İrana qarşı güc tətbiqinə qayıdacaq. Lakin İran arsenalındaklı son silahı qurudan hücum halında işə salmağı vəd edir.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Svobodnaya Pressa” yazıb. Bildirilir ki, Tehran Hörmüz boğazının dibi boyunca uzanan internet kabellərini məhv etməyə hazırdır. Məlumatlara görə, Hörmüz boğazından (və Fars körfəzindən) 17 kabel keçir. Hörmüz boğazındakı bu 17 kabel qitələrarası internet trafikinin 17-30%-ni daşıyır. Ümumilikdə, bütün qlobal internet trafikinin 95-99%-i dənizaltı kabellərdən keçir. Yəni bank köçürmələrinin, neft ticarətinin, bulud xidmətlərinin və süni intellekt hesablamalarının əhəmiyyətli bir hissəsinə bu sualaltı kabellər cavabdehdir. Bəs, İran bu kabellərin hələ 1 və ya 3-nü “zədələsə” hansı risklər ola bilər? Bu halda İnternet sürəti 5-10 dəfə yavaşlayacaq, gecikmə yüzlərlə millisaniyə artacaq və alternativ kabellər həddindən artıq yüklənəcək. Bu, "hər şey sıradan çıxacaq" olmayacaq, lakin video, bulud xidmətləri, onlayn ticarət, görüntü zənglər və online iş əhəmiyyətli dərəcədə təsirlənəcək. Beynəlxalq maliyyə əməliyyatları, fond birjası ticarəti və əməliyyatlar - bütün bunlar internet kabelləri vasitəsilə baş verir. Əgər bu kabellər işləməsə, maliyyə bazarları sadəcə, çökə bilər. Valyuta mübadiləsi və səhmlərin alqı-satqısı ya qeyri-mümkün olacaq, ya da çox yavaş və baha olacaq. Bu, panikaya və valyuta və səhm qiymətlərinin kəskin düşməsinə səbəb ola bilər. Bu halda pulun dəyəri də aşağı düşəcək. Müasir dünyada pul əsasən elektron formadadır. Elektron sistemlər işləməsə, bu, pulun və ticarətin dəyərinə təsir edəcək.

Qlobal ticarətin əksəriyyəti dəniz yolu ilə həyata keçirilir. Yükün izlənməsi, sənəd emalı və ödəniş - bütün bunlar onlayn həyata keçirilir. Nəqliyyat şirkətləri məhsulun mövcudluğu barədə tez bir zamanda məlumat əldə edə, sifariş verə və ya çatdırılmanı əlaqələndirə bilməyəcəklər. Bu, təchizatda fasilələrə, çatışmazlıqlara və qiymətlərin artmasına səbəb olacaq.

İnkişaf etmiş İT sektorlarına malik ölkələr (məsələn, Hindistan və Filippin) yüz minlərlə insan bu kabellər üzərindən məlumat ötürən xarici şirkətlərdə işlədiyi üçün böyük gəlir itirəcəklər. Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibinin müavini Tomas Lamanauskas bildirib ki, yeni kabellərin çəkilməsi bahalı və mürəkkəb bir prosesdir. Qısa xətlər milyonlarla dollara başa gəlsə də, uzun məsafəli kabellər yüz milyonlarla dollara başa gəlir. Bu, üstəlik geniş mühəndislik planlaşdırması tələb edir.

Göründüyü kimi, Hörmüz boğazında internet kabellərinin məhv edilməsi Tehran üçün çox ciddi daha bir “kozır”dır...


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:399
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Aprel 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri