Icma.az
close
up
RU
Müsəlman İranın atəşpərəstliyə “GERİ DÖNÜŞÜ” “Hörmüzün qanadları” Tehranı necə QORUDU?

Müsəlman İranın atəşpərəstliyə “GERİ DÖNÜŞÜ” “Hörmüzün qanadları” Tehranı necə QORUDU?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Hörmüz boğazı – bu gün sadəcə geosiyasi məqsədlər üçün istifadə edilən ad deyil, həm də güc, nəzarət deməkdir. Tarixi və ədəbi yaddaşı təzələsək, nizam-intizam təcəssümü sayılan xeyir tanrısı Hörmüz daim haqqı təmsil edib. Amma bu gün onun adını daşıyan boğaz qarşıdurmaların və güc nümayişinin simvoluna çevrilib. Bu dar boğaz təkcə günümüzdə deyil, əsrlər boyu dövlətlərin strateji maraqlarının kəsişdiyi nöqtə olub.
Hörmüzə kim nəzarət edir?
Hörmüz boğazı Hind okeanının şimal-qərbində 195 kilometr uzunluğunda dar, aypara formalı keçiddir. Hörmüz Fars körfəzini Ərəbistan dənizinin şimal-qərbindəki Oman körfəzi ilə birləşdirir.

Boğazın dərinliyi 229 metrdir. Boğazın eni 95 km, ən dar nöqtələrində 40 km-dən azdır. Hörmüz boğazının hər iki tərəfində böyük limanlar var: İranda Bəndər Abbas və Omanda Əl-Həsab. Boğazın şimal hissəsi İranın, cənub hissəsi isə Omanın nəzarətindədir.

Hər gün Fars körfəzi ölkələrindən (Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Səudiyyə Ərəbistanı) neft daşıyan bir neçə yüz tanker oradan keçir, ona görə də boğazın bağlanması dünyada enerji qiymətlərinin kəskin artmasına səbəb ola bilər. Əgər Tehran boğazı bağlasa, o zaman alternativ marşrutlar Hörmüzdən keçən tədarük həcminin yalnız 15%-ni kompensasiya edə bilər və mövcud boru kəmərlərinin heç biri boğazı əvəz etməyəcək.
Dava yorğan davası imiş...
Hörmüz boğazı onilliklər ərzində ABŞ-İran münasibətlərində əsas gərginlik mənbəyi olub. Yəni dava yorğan davasıdır. Tehran da boğazın ABŞ və müttəfiqləri üçün nə dərəcədə əhəmiyyətli olduğunu bilir və zaman-zaman qarşısına keçənləri boğazla qorxudur. Asayişinə təhlükə yaranarsa, gəmiçilik, daşınma problemləri ilə hədələyir. Yəni obrazlı desək, bu gün müsəlman olan İran əslində atəşpərəst köklərinə dönərək hələ də “uca Hörmüz”ün qanadları altına sığınıb.
Tarixin müxtəlif dövrlərində Hörmüzü qalxan kimi irəli verən Tehran İran-İraq müharibəsi (1980-1988) zamanı vəziyyəti ciddi şəkildə gərginləşdirmişdi. İraqı və onun müttəfiqlərini zəiflətmək üçün gəmi yollarını minalamış və tankerlərə hücum etmişdi.
İran dəfələrlə ABŞ-ın təzyiqinə cavab olaraq Hörmüz boğazını bağlamaqla hədələyib. 2012-ci ildə İrana qarşı sərt sanksiyaların tətbiqindən sonra Tehran genişmiqyaslı hərbi təlimlər keçirərək boğazı bağlamağa hazır olduğunu açıq şəkildə bəyan edib.
2018-ci ildə ABŞ nüvə sazişindən çıxdıqdan sonra İran prezidenti Həsən Ruhani təhdidini təkrarladı. Bu da son hədə-qorxu: İran rəsmiləri bu dəfə İsrailin və ona yardım edən ABŞ-ın hava hücumlarına cavab olaraq boğazı bağlayacağını yenidən elan etdi. Həsən Ruhaninin təhdidlərinə o vaxt qoşulmayan İran parlamenti bu dəfə Hörmüz boğazının bağlanmasını zəruri hesab edib, lakin məsələ ilə bağlı yekun qərarı ölkənin mənəvi lideri Əli Xamenei verməlidi.
Hörmüz İranın əsas silahıdır
Hörmüz blokadası əslində İran üçün ballistik raketlərdən də güclü silahdır. Yəni İran-İsrail münaqişəsinə hələ ki tamaşaçı qalmış böyük ölkələr məhz bu boğazın bağlanmasından sonra itirəcəyi pulları hesablayıb hərəkətə keçiblər. Öncə müşahidə mövqeyində durub boğaza alterniv axtardılar, tapılmayınca müharibənin sonlanması və tərəflərin razılığa gəlməsi üçün çağırışlar etdilər.

Təbii ki ən çox əl-ayağa düşən Rusiya və Çindir. İranın neft ixracının böyük hissəsini satın alan, dünya ticarətində ikinci yerdə olan Çinə bu, qətiyyən sərf etmir. Hörmüz Boğazının bağlanma riskinə qarşı Çinin Xarici İşlər Nazirliyi “Bölgənin təhlükəsizliyi ortaq beynəlxalq mənafe üçündür” deyə açıqlama verib.

Rusiya isə ümid edir ki, İran dostlarını çətin vəziyyətdə qoymaz. Hətta təklif edir ki, Tehran dost ölkələrin neft daşıyan tankerlərini boğazdan keçirib, Amerika-İsrail təcavüzünə dəstək verən ölkələri buraxmasın.
Hörmüzün bağlanması İrana da sərf etməz
Hazırda Hörmüz boğazı yüksək sürətli qayıqlara və dəniz minalarına sahib olan SEPAH Hərbi Dəniz Qüvvələrinin məsuliyyəti altındadır. Bu cür mühafizədən istifadə etməklə, istənilən vaxt daşınmanı iflic etmək mümkündür. Lakin ekspertlər hesab edirlər ki, Hörmüz boğazının nə vaxtsa tam bağlanması ehtimalı azdır. Çünki bu, elə İrana da zərər verəcək. Boğazın bağlanması ölkəni ixrac gəlirlərinin 90%-dən məhrum edəcək. İran özü boğazdan gündə təxminən 1,5 milyon barel neft ixrac edir.
Böyük ehtimalla, Tehran nə vaxtsa bu həcmdə ixrac gəlirlərindən məhrum olmaq istəməz. Təbii ki, bıçaq sümüyə dirənəndə gözünə mənfəət görünməyə bilər, amma İranın yenidən ABŞ hərbi qüvvələri ilə qarşı-qarşıya gələ bilməsi sual altındadır. Bu məntiqlə “sual altında” qalmaq, gəmilərinin su altında qalmasından hələ ki daha ağlabatan görünür./Bizim Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 İyun 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see406

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see142

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see141

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see139

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see137

SINAM və Abyss “Abyss Hackathon 2025” üçün qeydiyyatı açdı 72 saatlıq qlobal onlayn yarış

22 Sentyabr 2025 15:07see131

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see130

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see130

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see129

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see128

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see128

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see127

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see126

Haaland Premyer Liqada yeni nailiyyətə imza atdı

22 Sentyabr 2025 15:38see125

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see124

Pensiya alanların nəzərinə!

22 Sentyabr 2025 15:00see121

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see120

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see120

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see118

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri