İranın haker qrupu illər sonra fəaliyyətini bərpa etdi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranın "Infy" haker qrupu ("Prince of Persia" kimi də tanınır) beşillik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, qrupun İsveç, Niderland və Türkiyədəki hədəflərə qarşı kiberhücumlar həyata keçirdiyi bildirilir.
"SafeBreach" şirkətinin təhlükəsizlik tədqiqatları üzrə müavini Tomer Barın sözlərinə görə, "Infy" qrupunun fəaliyyət dairəsi əvvəl düşünüldüyündən daha genişdir və qrup hazırda aktiv, eyni zamanda təhlükəli olaraq qalır. Araşdırmalar göstərir ki, "Infy" uzun müddət aşkarlanmadan fəaliyyət göstərməyi bacarıb.
Mütəxəssislər qeyd edirlər ki, "Infy" "Charming Kitten", "MuddyWater" və "OilRig" kimi digər iranmənşəli haker qrupları ilə müqayisədə daha az diqqət çəkir, lakin bu, onun yaratdığı təhlükəni azaltmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 21 Dekabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















