Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib EKSKLÜZİV
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bank Melli İranın Bakı filialı fəaliyyətini tam bərpa edib.
Bu barədə “APA-Economics”ə filialdan məlumat verilib. Məlumata görə, bankın Bakı filialı aprelin 29-dan fəaliyyətini bərpa edib. Filial artıq kredit verilişi və depozitlərin qəbuluna başlayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin may ayında Filialda yoxlamalara başlayıb. Həmin müddətdən valyuta əməliyyatları istisna olmaqla, digər əməliyyatlar məhdudlaşdırılmışdı. AMB sədri Taleh Kazımov bununla bağlı açıqlamasında bildirmişdi ki, filialda bəzi nöqsanlar aşkarlanıb və bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib: "Bank normativ tələblərə cavab verir, maliyyə sektoru üçün risk yaratmır. Aşkar edilən bəzi nöqsanlar aradan qaldırıldıqdan sonra fəaliyyətini davam etdirə biləcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 01 May 2025 12:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















