Icma.az
close
up
RU
İranın İraq düyünü: Maliki qayıdır, travmalar xatırlanır

İranın İraq düyünü: Maliki qayıdır, travmalar xatırlanır

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İraq siyasətində bəzi adlar təkcə bir şəxsi yox, bütöv bir dövrü xatırladır. Nuri əl Maliki də həmin adlardandır. Onun yenidən gündəmə gəlməsi İraqda sadəcə hökumət qurmaq çətinliyi kimi oxunmamalıdır.

Bu, əslində Bağdadın dövlət kimi hansı istiqamətə gedəcəyinin, məzhəb balansının necə qorunacağının və ən əsası İraqın öz qərarlarını nə qədər müstəqil verə biləcəyinin sınağıdır. Çünki, İraq bu gün də tək bir sualın içində qalır: ölkə milli institutlar üzərində birləşəcək, yoxsa xarici təsirlərin, xüsusən də İranın təsir dairəsinin bir parçası kimi idarə olunacaq.

Maliki məsələsinin həssaslığı onun keçmişdə yaratdığı siyasi izlə bağlıdır. O dövrdə təhlükəsizlik aparatının siyasiləşməsi, rəqiblərin “təhlükə” kimi təqdim edilməsi, sünni bölgələrdə etimad böhranının dərinləşməsi İraqın içindəki sosial bağları zəiflətdi. Radikal qruplar belə boşluqlarda böyüyür. İnsanlar dövlətin ədalətinə və qorumasına inanmırsa, özünə çıxış yolu axtarır, bəzən də yanlış istiqamətə yönəlir. İŞİD fenomeni bu mənada yalnız terror təşkilatının gücü ilə izah olunmur. Onu mümkün edən bir də daxili parçalanma, qorxu və intiqam hissidir. Bu gün Maliki ətrafında yaranan gərginlik, əslində İraqın həmin travmanı təkrar yaşamaq istəməməsidir.

Bu tabloya İran faktoru əlavə olunanda məsələ daha da mürəkkəbləşir. Tehran İraqla münasibətlərdə hər zaman iki xətt üzrə işləyib: birincisi dini ideoloji yaxınlıq, ikincisi təhlükəsizlik və təsir şəbəkələri. İran üçün İraq sadəcə qonşu dövlət deyil, həm də regional strateji dərinlikdir. Suriya cəbhəsində təzyiqlər artdıqca, Tehranın Bağdadda daha diqqətli və daha aqressiv davranması təəccüblü deyil. Çünki, regional balans dəyişəndə İran ən çox İraq üzərindən itkiləri kompensasiya etməyə çalışır. Bu isə Bağdadda siyasi koalisiyaların qurulmasına, hökumətlərin formalaşmasına, təhlükəsizlik prioritetlərinə birbaşa təsir göstərir.

Müqtəda əs Sədrin Malikiyə qarşı mövqeyi də elə bu çərçivədə oxunmalıdır. Burada sadəcə şəxsi rəqabət və ya daxili şiə mübarizəsi yoxdur. Sədr xəttinin daha çox İraq mərkəzli davranması, Nəcəf dini ənənəsinə dayanması və İranın Qum xəttindən məsafə saxlaması onu Tehrana qarşı daha ehtiyatlı edir. Sədrin bazası küçədədir, yəni o, cəmiyyətin emosiyasını və narazılıqlarını daha yaxşı hiss edir. Küçə isə bir şeyi açıq deyir: İraqın seçimi məzhəb qütbləşməsi yox, dövlətin normal işləməsidir. İnsanlar işıq, su, iş, təhlükəsizlik, korrupsiyanın azalması istəyir. Xarici təsir mübahisələri isə bu gündəlik problemləri daha da ağırlaşdırır.

Bu mövzuda diqqətdən qaçan bir məqam var: İraqda İran təsirinə qarşı narazılıq təkcə sünni mühitdə deyil, şiə elektoratında da güclənib. Bunun səbəbi ideoloji yox, sosialdır. İraq şiəsi də görür ki, dövlət zəifləyəndə qazananlar xalq olmur. Qazananlar silahlı qruplar, korrupsiya şəbəkələri və “himayə” adı altında dövlətin resurslarını bölüşdürənlər olur. Dövlətin zəifliyi isə İranın təsir mexanizmlərini daha rahat işlədən mühit yaradır. Bu paradoks İraq siyasətinin əsas ağrılı nöqtəsidir: bəzən İranın güclənməsi üçün İraqın gücsüz qalması lazımdır.

Digər tərəfdən, Malikinin ritorikasında Suriyaya yönəlik sərt tənqidlərin görünməsi də təsadüfi deyil. Suriya məsələsi indi regionda yeni bölüşmə xəttinə çevrilib. Orada kimin legitim sayılacağı, hansı qrupların təhlükə kimi tanınacağı, hansı aktorların masada oturacağı gələcək regional düzəni müəyyənləşdirir. İran Suriyada təsirini itirdikcə, bu itkini İraqda siyasi mövqelərini sərtləşdirməklə kompensasiya etmək istəyə bilər. Malikinin yenidən aktivləşməsi də bu kontekstdə Tehran üçün əlverişli görünə bilər. Amma İraq üçün risk odur ki, bu cür manevrlər daxildə yeni gərginlik yaradır və ölkəni yenidən məzhəb xəttinə çəkir.

Bütün bunların fonunda İraqın qarşısında iki yol qalır. Birinci yol köhnə ənənədir: məzhəb səfərbərliyi, sərt təhlükəsizlik dili, rəqibi düşmən kimi təqdim edən idarəçilik. Bu yol bəlkə qısa müddətdə kimlərinsə hakimiyyətini möhkəmləndirə bilər, amma uzun müddətdə ölkəni yenə parçalayacaq. İkinci yol çətindir, amma çıxış yolu budur: dövlət institutlarını gücləndirmək, təhlükəsizliyi siyasətin alətinə çevirməmək, müxtəlif icmaların özünü sistemin içində təhlükəsiz hiss etməsini təmin etmək. Əgər İraq bu yola girə bilsə, İran təsiri avtomatik azalmaz, amma idarə olunan çərçivəyə düşər. Dövlət güclü olanda xarici təsir də məhdudlaşır.

Bu gün Bağdadda gedən mübarizə əslində bir post uğrunda deyil. Bu, İraqın suverenlik imtahanıdır. Maliki kimi fiqurların qayıdışı İraq üçün sadəcə “keçmişin geri dönməsi” deyil, gələcəyin necə qurulacağına dair xəbərdarlıqdır. İran amili isə bu prosesin ən mühüm fonudur. İraq ya bu fonu öz xeyrinə idarə edəcək, ya da fon İraqın taleyini idarə edəcək. İndi verilən qərarlar tək Bağdadı yox, bütün regionu illərlə təsirləndirəcək.

Alim Nəsirov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri