Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

İraqda ikili idarəetmə və İranın Nuri əl Maliki planı

İraqda ikili idarəetmə və İranın Nuri əl Maliki planı

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Hazırda İraq faktiki olaraq iki siyasi mərkəzdən idarə olunur. Bir tərəfdə Bağdadda formalaşan mərkəzi hökumət və onun ətrafında cəmlənən siyasi qüvvələr, digər tərəfdə isə əsasən Kürdüstan bölgəsində öz təsir imkanlarını qoruyan paralel idarəetmə strukturları mövcuddur.

Bu iki mərkəz arasında səlahiyyət bölgüsü formal olaraq müəyyən edilsə də, real siyasətdə güc balansı daim dəyişir və hökumət namizədləri də məhz bu mürəkkəb mühitdə ön plana çıxır.

Bu kontekstdə İraqın 2006-2014-cü illərdə baş naziri olmuş Nuri əl Malikinin yenidən siyasi səhnədə görünməsi xüsusi diqqət çəkir. Onun mümkün dönüşü təkcə Bağdad daxilində deyil, həm də regional səviyyədə ciddi hesablamalara səbəb olub. Xüsusilə İran bu prosesi diqqətlə izləyir və Malikinin geri qayıtmasını öz təsir imkanları baxımından mühüm fürsət kimi qiymətləndirir.

Son illər İranın Yaxın Şərqdə əvvəlki gücünü itirdiyi barədə fikirlər geniş yayılıb. Suriyada zəifləyən mövqelər, beynəlxalq təzyiqlər və regional bloklaşmalar Tehranın manevr imkanlarını məhdudlaşdırıb. Bu baxımdan İraqda özünə yaxın və idarə oluna bilən siyasi fiqurun güclənməsi İran üçün strateji əhəmiyyət daşıyır.

Nuri əl Maliki İran üçün yad fiqur deyil. O, İraqın şiə siyasi mühitində müəyyən sosial dayaqlara malikdir və müxtəlif qrupları bir mərkəz ətrafında toplamaq bacarığı ilə tanınır. Bu xüsusiyyət İran üçün xüsusilə vacibdir. Çünki Tehran İraqda siyasi parçalanmanın dərinləşməsinin öz maraqlarına zidd olduğunu anlayır.

Malikinin siyasi kimliyi onu sərt ideoloji liderlərdən fərqləndirir. O, keçmişdə həm İranla, həm də ABŞ ilə işləməyi bacaran praqmatik siyasətçi kimi tanınıb. İran hesab edir ki, bu praqmatizm Malikini Vaşinqtonun təsirinə qarşı siyasi müqavimət göstərə biləcək effektiv fiqura çevirir. Tehranın gözləntisi odur ki, Maliki ətrafında formalaşacaq güc mərkəzi ABŞ hərbi mövcudluğunun zəiflədilməsinə siyasi zəmin yarada bilər.

Bu proses Suriyada baş verənlərlə də birbaşa əlaqəlidir. İran Suriyada itirdiyi təsir imkanlarını İraq üzərindən kompensasiya etməyə çalışır. Maliki faktoru da bu strategiyanın əsas dayaqlarından biri kimi görülür. Tehran üçün əsas məqsəd İraqın anti İran cəbhəsinə sürüklənməsinin qarşısını almaqdır.

Eyni zamanda risklər də göz qabağındadır. Malikinin yenidən güclənməsi İraq daxilində məzhəb balansını poza və köhnə gərginlikləri yenidən gündəmə gətirə bilər. Bu isə ölkənin daxili sabitliyini zəiflədərək yeni qarşıdurmalara yol aça bilər. İran qısamüddətli qazanc əldə etsə belə, uzunmüddətli nəticələr nəzarətdən çıxa bilər.

Bağdad, Nəcəf, Kufə və Bəsrədə silahlı qrupların fəallaşması, Suriya ilə sərhəddə təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi göstərir ki, proses artıq yalnız siyasi səviyyədə getmir. Hərbi və təhlükəsizlik amilləri də getdikcə daha açıq şəkildə ön plana çıxır.

Nəticə etibarilə Nuri əl Malikinin yenidən siyasi mərkəzə qayıtması İran üçün hələ də bölgədə təsir imkanlarının tam tükənmədiyini göstərən mesajdır. Amma bu mesaj eyni zamanda İraq və region üçün yeni risklərin başlanğıcı ola bilər. İraqda iki mərkəzli idarəetmə şəraitində atılan hər addım bölgəni daha mürəkkəb və həssas mərhələyə daşıyır.

Alim Nəsirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Yanvar 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see318

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see299

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see291

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see284

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see274

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see266

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see259

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see259

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see252

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see251

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see246

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see237

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see233

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see231

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see231

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see227

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see218

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see212

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see208

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri