Icma.az
close
up
RU
“İranın nüvə mövzusu yenidən danışıqlar masasına qayıdacaq”

“İranın nüvə mövzusu yenidən danışıqlar masasına qayıdacaq”

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“ABŞ ordusunun Yəməni bombalaması, son iki gündür Livan-Suriya sərhədində baş verənlər Yaxın Şərqdə İrana qarşı əməliyyatdır. Daha əvvəl də məlum idi ki, bu əməliyyatı başladacaqlar. Suriyada Bəşər Əsədin devrilməsi Yaxın Şərqdə İranın "müqavimət cəbhəsi" oxuna zərbə idi. Suriyadan sonra hədəf Livan idi. Məhəmməd bin Salman xəbər göndərdi ki, Livana maliyyə yardımı ancaq Hizbullah silahsızlaşdırılsa edəcək. Ona görə də yeni hökumət bəyannaməsində ilk dəfə Fələstin müqaviməti ifadəsi salınmadı. Amma hələlik Hizbullahın silahlı gücündən ehtiyat etdikləri üçün Taif razılaşmasından imtina məsələsini qoya bilmirlər. Lakin sırada o da var. Son hadisələr, yəni Livan-Suriya sərhədində baş verən toqquşmalar Səudiyyə Ərəbistanının Livan planını pozur. Çünki ABŞ-nin dəstəyi ilə Livan və Suriyanı Səudiyyə Ərəbistanı götürməli idi. Suriyanın yeni hakimiyyəti isə Türkiyə-Qətər ittifaqı ilə Səudiyyə-BƏƏ birliyi arasında manevr etməyə çalışır”.

Bunu xalqcəbhəsi.az-a araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu söyləyib.

K.Rövşənoğlu qeyd edib ki, sırada qalan iki ölkə Yəmən və İraq var: “İraqda proses çoxdan başlayıb, amma İraqda Nəcəf üləması və əhalinin çoxluğunun şiə olması problem yaradır. Bağdad Vaşinqtonun Həşd-Şabi tələbini rədd etdi. Yəmən isə nisbətən uzaqdır, ona görə də indi Yəmənə ağırlıq qoyulur. Amma Yəmən mövzusu daha mürəkkəbdir. Çünki Yəmənə quru əməliyyatı üçün Vaşinqton hazır deyil, risklər var. Səudiyyə Ərəbistanı koalisiyası isə 8 il quru əməliyyatında uğur qazana bilmədi. İkincisi, Yəməndə təkcə İran maraqları yoxdur, həm də Çin və Rusiya var. Xüsusən də Çin. Çünki husilər faktiki olaraq dünya ticarət yüklərinin böyük hissəsinin keçdiyi Bab əl-Məndəbə nəzarət edir. Yeri gəlmişkən, Çin xaricdə ilk dəniz bazasını 2015-ci ildə Yəmən sahilləri ilə üzbəüz Cibutidə qurub. Güman ki, Tramp hesab edir ki, proxiləri sıradan çıxardıqdan sonra Tehranı masaya daha rahat dəvət edəcək. Çünki bilindiyi kimi, Vaşinqtonun İranla bağlı əsas şərti nüvə silahı ilə yanaşı Yaxın Şərqdəki "proxyləri", ya da başqa sözlə, Müqavimət oxu idi. Amma husilər sərt "qabıqdırlar". Vaşinqton orda xeyli "yorulacaq", ərəblər isə "tərləyəcək", çünki biznesmen Trampın cibindən Yəmənə bir bomba atacağına inanmıram”.

Araşdırmaçı-jurnalist ciddi hadisə olmasa İran nüvə mövzusunun yenidən danışıqlar masasına qayıdacağına güman etdiyini deyərək əlavə edib ki, Suriyada isə hələ bir müddət qarışıqlıq davam edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Mart 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see271

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see189

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see156

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see152

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri