Icma.az
close
up
RU
İranın nüvə silahı əldə etməsinin önlənməsində ABŞ la yanaşı, bölgə dövlətləri də maraqlı olmalıdır

İranın nüvə silahı əldə etməsinin önlənməsində ABŞ la yanaşı, bölgə dövlətləri də maraqlı olmalıdır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Heç kim “İran nüvə silahı əldə etmək istəyir” məsələsinə şübhə ilə yanaşmır. İran rejimi çalışır ki, daha asan yollarla, təcili şəkildə nüvə silahı əldə etsin və bunu güc olaraq istifadə etsin. Bu da o deməkdir ki, rejim nüvə silahı əldə etməkdə israrlıdır və heç də bu məsələdən geri çəkilmək istəmir. Belə olan təqdirdə, İsrail dövləti təkbaşına da olsa buna müdaxilə etmək məcburiyyətində qalacaq”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, Benyamin Netanyahunun bu açıqlaması həm də regionda güc balansı ifadə edir: “Məlumdur ki, İran nüvə silahı əldə edərsə o öz təhlükəsizliyini qorumaqla yetinməyəcək, bütün regionun təhlükəsizlik mühitini dəyişə biləcək. Bu baxımdan İsrailin müdaxilə siyasəti həm də regionun hegemoniyasının təmin olunması və İranın nüvə üstünlüyünün yaradacağı potensial təhlükənin qarşısının alınması üçün aparılır”.

Sadiq İsabəyli

Sadiq İsabəyli hesab edir ki, bu prosesdə region dövlətləri də maraqlı olmalıdır: Əgər İran rejimi nvə silahı əldə edərsə, bu məsələ təkcə İsrail dövlətinə təhdid deyil, Türkiyə və ərəb dövlətlərinə, eləcə də Azərbaycana, hətta Yaxın Şərqdə gedən proseslərə də ciddi təhdiddir. İran rejimi bundan istifadə edərək, bu bölgələrdə terror təşkilatlanmasını gücləndirə bilər, digər ölkələrə təzyiq edə bilər və bu təzyiq əsasında özünü regional hegemon güc kimi diqtə edə bilər”.

“İllərdir ki, beynəlxalq güclər siyasi və diplomatik yollarla çalışıb ki, İranı nüvə silahı əldə etməkdən çəkindirisn, amma bu günə qədər buna nail ola bilməyibər. Bununla yanaşı imtiyaz vermək məcburiyyətində qalıblar, rejimin terror təxribatlarına göz yumublar. Bu da təbii ki, ciddi bir problemdir.

Maraqlıdır ki, İsrail İranın nüvə silahı əldə etməsinin qarşısı alınması fikrini gündəmə gətirəndə bir sıra ölkələr bunu ya anlamaq istəmir, ya da bu strateji riski görməzdən gəlməyə çalışırlar, hətta bir çox hallarda mövzunu ayrı-ayrı yerlərə çəkirlər. Guya "İran və İsrail arasında gizli anlaşma var, onların arasında danışıqlı savaş gedir, əslində İsrail İranın varlığından faydalanır və İran da İsrailin varlığından faydalanır". Bu kimi bir-birinə zidd, təzadlı mübahisələri ortaya atmaqla əsas məsələdən, əsas strateji riskdən yayınırlar. Çox təəssüf ki, bu yayınmalarıın nəticəsidir ki, bu gün İran rejimi açıq şəkildə deyə bilir ki, “mən bu gün nüvə silahı yarada bilmək üçün bütün imkanlara sahibəm”. Halbuki bir neçə həftə öncə Əli Xamenei dedi ki, “biz İran İslam rejimini qorumaq üçün bütün imkanlarından istifadə edəcəyik”. İran parlamentində olan deputatlar, bir çox siyasilər açıq şəkildə dedilər ki, “İran artıq hərbi və təhlükəsizlik doktrinasında dəyişiklik etməli, yeniləməli və onu artırmalı, ona yenidən baxmalıdır”. Burada əsas məqsəd nüvə silahının əldə edilməsi məsələsi idi. Bunu da açıq şəkildə müzakirəyə də çıxardılar, bununla bağlı bəyanatlar da verdilər”-deyən Sadiq İsabəyli vurğulayıb ki, İran rejiminin apardığı fəaliyyətlər və verilən açıqlamaların hamısı nüvə silahının əldə olunması məsələsinə hədəflənib.

Sadiq İsabəyli deyir ki, İsrail bu prosesi sadəcə gecikdirə bilər, dayandıra bilməz: “Bu fikri Netanyahu açıq şəkildə etiraf edir. Bu da o deməkdir ki, İranın nüvə silahı əldə etməsi məsələsinin tamamilə məhv edilməsi istiqamətində addım atılmalıdır. Bu addımın atılmasında, bölgə dövlətləri ilə yanaşı ABŞ da maraqlı olmalıdır”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Fevral 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri