Icma.az
close
up
RU
Uolts: ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

Uolts: ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışır

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatları İranın nüvə proqramını məhdudlaşdırmaq üçün bütün imkanları müzakirə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.

“Bütün variantlar nəzərdən keçirilir. İranın nüvə silahı olmamalıdır, prezident ABŞ prezidenti Donald Tramp bu məsələdə tam ciddidir”, – deyə Uolts İranın nüvə obyektlərinə mümkün zərbələr barədə açıqlamaları şərh edərkən bildirib.

Prezidentin köməkçisi ümid etdiyini bildirib ki, Trampın may ayında Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə edəcəyi səfər regionda bir neçə münaqişənin həlli baxımından irəliləyişə səbəb olacaq. Hazırda ABŞ Qırmızı dənizdə gəmiçiliyin azadlığı uğrunda husilərlə mübarizə aparır və Qəzza sektorundakı vəziyyətin nizamlanması üzərində çalışır, deyə Uolts qeyd edib.

Omanın vasitəçiliyi ilə Maskatda ABŞ və İran arasında Tehran nüvə proqramı ətrafındakı böhranın nizamlanması ilə bağlı dolayı danışıqların üçüncü raundu 26 aprel tarixində baş tutub. Tərəflər arasında ilk məsləhətləşmələr 12 aprel tarixində Maskatda, ikinci raund isə 19 aprel tarixində Romada keçirilib. Növbəti danışıqlar da İtaliyanın paytaxtında – Romada 3 may tarixində baş tutacaq. Siyasi danışıqlarla paralel olaraq, Omanın paytaxtında ekspertlər arasında potensial razılaşmanın detalları müzakirə olunan texniki məsləhətləşmələr də keçirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Aprel 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri