İranın Qafandakı Baş konsulluğuna yeni TƏYİNAT
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
İranın Ermənistanın Qafan şəhərindəki Baş konsulluğuna yeni baş konsul təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilib.
Məlumata görə, XİN əməkdaşı Davud Yayci xarici işlər naziri Abbas Əraqçinin müvafiq qərarı ilə bu vəzifəyə gətirilib. Diplomatik sahədə zəngin təcrübəyə malik olan D.Yayci daha əvvəl Özbəkistan, Azərbaycan, Tacikistan və Rusiyada müxtəlif vəzifələrdə çalışıb. O, yeni postunda 2022-ci ildən missiyaya rəhbərlik edən ilk baş konsul Morteza Abedin Varamini əvəz edəcək.
Bildirilir ki, Ermənistana yola düşməzdən əvvəl Davud Yayci İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb. Nazir diplomata fəaliyyətində uğurlar arzulayaraq, Tehranla İrəvan arasında münasibətlərin mehriban qonşuluq siyasəti çərçivəsində inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. XİN rəhbəri, həmçinin iqtisadi və konsulluq istiqamətləri başda olmaqla, qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, İranın Qafandakı Baş konsulluğu 2022-ci ilin oktyabr ayından fəaliyyət göstərir.
Xədicə BAXIŞLI
Baxış sayı:55
Bu xəbər 09 Sentyabr 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















