Icma.az
close
up
RU
“İranın qələbəsi yalnız bu halda mümkün olacaq” AÇIQLAMA

“İranın qələbəsi yalnız bu halda mümkün olacaq” AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın xarici işlər naziri Abbas Əraqçi  Səhiyyə Nazirliyində keçirilən tədbirdə çıxışı zamanı danışarkən ölkəsinin həm hərbi, həm də diplomatik müstəvidə ciddi uğurlar əldə etdiyini bildirib.  Nazirin sözlərinə görə, ABŞ və İsrailin hücumları ilə başlayan münaqişə zamanı İranın göstərdiyi müqavimət ölkənin “məğlubedilməz güc” olduğunu sübut edib.

İranın müharibədən real siyasi və strateji qazancı nə olub?

Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki,  Amerika Birləşmiş Ştatlarının və İsrailin İrana qarşı hava zərbələri aparılan danışıqlar nəticə verməyəndən sonra başladı və tələblər ilk növbədə İranın nüvə proqramı ilə bağlı idi.

"Bu hava zərbələri nəticəsində İranın 5 minə yaxın vətəndaşı öldürüldü. Şəhərlər dağıdıldı, iqtisadiyyata ağır zərbə dəydi. İran uzun müddət blokadada saxlanıldı. Bu, İranın qələbəsi sayıla bilməz. Üstəlik, cavab olaraq İran ABŞ-nin bazalarına zərbə endirdi və 20-yə yaxın hərbçisini qətlə yetirdi. İndi ABŞ ilə İran arasında Hörmüz boğazı ilə bağlı danışıqlar gedir. Müharibə başlamamışdan əvvəl Hörmüz boğazından gəmilər rahat, yoxlanılmadan və haqq ödəmədən keçiblər. Amerika Birləşmiş Ştatları tələb edir ki, müharibədən əvvəlki vəziyyət bərpa olunsun. İran isə bunu qəbul etmək istəmir və Amerika qarşısında ultimatum tələblər qoyur".

Müsahibimiz qeyd etdi ki, əgər İran Hörmüz boğazına nəzarət edə bilsə, oradan keçən gəmilərdən hansısa xidmətin müqabilində haqq ala bilsə – ki, İran buna çalışır və bu İranın qələbəsi sayıla bilər:

"İkincisi, əgər İran nüvə proqramında heç bir güzəştə getməsə və ABŞ də həm Hörmüz boğazı ilə bağlı İranın nəzarətini, həm də nüvə proqramını qəbul etsə, təbiidir ki, bu, İranın qələbəsi olmasa da, ABŞ-nin məğlubiyyəti sayılacaq. Ancaq hələ danışıqlar davam edir. Bu gün nə Amerika qalib sayıla bilər, nə də İran qalib sayıla bilər. Çünki Amerika istəklərinə nail olmayıb, İran da buna nail olmayıb. Ancaq İranın fərqi ondadır ki, itkiləri çox böyükdür. Kimin qalib, kimin məğlub olduğunu müəyyənləşdirmək üçün bütün bunların hamısı hesablanmalıdır və yalnız bundan sonra elan oluna bilər ki, İran qalibdir, yoxsa yox".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2026 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri