Icma.az
close
up
RU
İranın qonşu siyasətində dönüş işarələri Politoloq AÇIQLADI

İranın qonşu siyasətində dönüş işarələri Politoloq AÇIQLADI

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Məsud Pezeşkianın Azərbaycanla və ümumiyyətlə qonşu ölkələrlə bağlı çıxışı İran hakimiyyətinin qonşu müsəlman ölkələrlə davranışının iddialı olduğunu etiraf etməsi kimi qiymətləndirilə bilər. Bununla Pezeşkian sübut edir ki, Tehran hakimiyyəti indiyə qədər həm digər müsəlman ölkələrə, həm də Azərbaycana qarşı iddialı mövqe sərgiləyib və bu da nəticə etibarilə Azərbaycanla münasibətlərdə müəyyən gərginliklərə səbəb olub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan  İran Prezidenti Məsud Pezeşkianın Zəncana səfəri zamanı səsləndirdiyi  "Azərbaycanla əlaqə qura bilmiriksə, günah bizdədir"- fikrinə münasibət bildirərkən dedi.

"Bu yanaşmanı onun Zəngəzur dəhlizi ilə bağlı verdiyi açıqlama ilə də birləşdirmək mümkündür. Həmin açıqlamada Pezeşkian bildirmişdir ki, bu kimi məsələləri ,yəni Zəngəzur yolu ilə bağlı problemi  şişirtmək və onu problemə çevirmək əhəmiyyətsizdir. Bütün bunlar Pezeşkianın qonşu ölkələr, xüsusilə də Azərbaycanla daha konkret və daha konstruktiv əlaqələr qurmaq istəyi ilə çıxış etdiyini göstərir.

O, Zəngəzur yolu ətrafında Tehran hakimiyyətinin müxtəlif nümayəndələrinin səsləndirdiyi bəyanatları sanki bu fikirləri ilə dəyərləndirir və məsələni əhəmiyyətsiz sayır. Beləliklə, Pezeşkian qonşu ölkə ərazisində kommunikasiya və tranzit xətlərinin mövcudluğunu problemə çevirməyə ehtiyac görmədiyini nümayiş etdirir. Azərbaycanla münasibətlərə gəldikdə isə, o, İranın İsrail qarşısında uduzmasının səbəbini daxildə, yəni İran hakimiyyətində görür və bu məsələdə haqlıdır".

Siyasi şərhçi əlavə etdi ki, son 30 il ərzində Tehran hakimiyyəti yalnız Ermənistanla əlaqələri dərinləşdirərək Azərbaycan torpaqlarının işğalından istifadə etməyə çalışıb.

"Azərbaycanı təzyiq altında saxlamaq, Ermənistanla münasibətləri Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək İranın əsas xətti olub və nəticədə normal qonşuluq münasibətləri qurulmayıb. Bu gün isə Azərbaycanla İran arasında münasibətlərin normallaşması istiqamətində müəyyən cəhdlər göstərilir. Halbuki ötən 30 ildə münasibətlərin inkişafı, genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlıq və s. məsələlər nəzərdən keçirilə bilərdi. Aydın görünür ki, İranla Azərbaycan arasında münasibətlər heç zaman tam normal olmayıb və bu reallığı Pezeşkiyan da çıxışı ilə dolayısı ilə etiraf edir", - deyə Sədrəddin Soltan qeyd etdi.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Avqust 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see264

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see146

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see141

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see116

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115

İlham Əliyev Malta Respublikasının Prezidentini təbrik edib

21 Sentyabr 2025 11:24see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri