İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani: Xalq daha bizə inanmayacaq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Xalq görsə ki, biz ruhanilərin sözümüz və əməlimiz eyni deyil, daha bizə inanmayacaq".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bunu İranın tanınmış din xadimi ayətullah Nuri Həmədani bəyan edib.
O, bir sıra mollalara xalqın inamının itdiyini bildirib və bəzi minbərlərdən səslənən sənəd-sübutsuz çıxışları kəskin tənqid edib.
"Maraqlıdır, niyə uzun illər çalışmış minbər əhli tərəfindən heç bir nəzarət yoxdur? Bəziləri dini məsələlərlə bağlı bir qisim insanların fikirlərini təhrif edirlər. Zamanın müəyyən hadisələrini məsələlərə və ya insanlara uyğunlaşdırmaq düzgün deyil. Bizim vəzifəmiz Quranın və Əhli-beytin dediklərini ifadə etməkdir. Xalq da öz gücü və idrakı ilə inancını ən gözəl şəkildə qoruyub-saxlamağa borcludur!" - deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 04 Yanvar 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















