Icma.az
close
up
RU
İranın Türkiyəni qəsdən hədəf aldığını düşünmürəm Türk general

İranın Türkiyəni qəsdən hədəf aldığını düşünmürəm Türk general

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, bu gün İrandan atıldığı bildirilən ballistik raket Türkiyənin Hatay vilayəti üzərində vurularaq məhv edilib.

Maraqlıdır, İran bilərəkdən Türkiyəyə raket ata bilərmi?

Hadisə ilə bağlı Redaktor.az-a danışan Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, bu, raketin İraq və Suriya hava məkanını keçərək Türk-Aralıq dənizi istiqamətinə yönəlməsi ilə də bağlı ola bilər:

"Bu, həm şüurlu seçim, həm də raketin trayektoriyasındakı sapmadan qaynaqlanan texniki hal kimi qiymətləndirilə bilər. Hazırkı mərhələdə Türkiyə ABŞ/İsrail-İran arasında mümkün qarşıdurmanın qarşısını almaq üçün əlindən gələn bütün səyləri göstərir. İranın birbaşa Türkiyəni hədəf alan belə bir hücumu qəsdən həyata keçirəcəyini düşünmürəm. Bununla belə, bu hadisə NATO-nun hava hücumundan müdafiə sistemlərinin reaksiyasını və effektivliyini ölçmək məqsədi daşıya da bilər. Qeyd etdiyim kimi, müəyyən məsafədən sonra raketin istiqamətinin dəyişdirilməsi və ya texniki yayınma ehtimalı da mövcuddur. Bu tip halların belə raketlərdə baş verməsi mümkündür. Türkiyə isə hər zaman olduğu kimi, münaqişədən deyil, dialoq və razılaşmadan, sülh və sabitlikdən yana mövqe tutur".

General hesab edir ki, İran Türkiyəni qəsdən hədəf almaz:

"Biz bu hadisəni üzərimizə götürmürük, əks halda, daha fərqli və sərt reaksiya vermək zərurəti yaranardı. Hadisə ilə bağlı xarici işlər naziri Hakan Fidan iranlı həmkarı ilə danışıb, Müdafiə Nazirliyi isə mövzu ilə bağlı lazımi açıqlamaları verib".

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri