Yunan general Türkiyəni hədələdi
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Yunanıstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Konstantinos Floros ölkənin ANT1 telekanalının canlı yayımında Türkiyəyə qarşı sərt iddialarla çıxış edib.
Bu barədə Moderator.az Türkiyə mediasına istinadən xəbər verir.
Ankaranın bölgədə artan nüfuzunu şərh edən Floros bildirib ki, lazım gələrsə, Yunanıstan Türkiyəyə hərbi yolla cavab verməyə hazırdır.
O cümlədən, keçmiş komandan Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin BMT Təhlükəsizlik Şurasındakı çıxışını dəyərləndirərək, onun Türkiyə ilə Liviya dəniz səlahiyyətlərinin məhdudlaşdırılmasına dair müqaviləni tənqid etməsinə diqqət çəkib. Generalın sözlərinə görə, Mitsotakis Afina ilə Ankara arasındakı "qırmızı xətləri" beynəlxalq ictimaiyyətə müvəffəqiyyətlə çatdıra bilib.
Türkiyənin bölgədəki gücünün gündən-günə artdığını qeyd edən Floros Ankaranın qəti mövqeyi ilə bağlı hədələyici sözlər səsləndirib:
"Ankara mütəmadi olaraq öz qətiyyətini nümayiş etdirir. Lakin heç kimin şübhəsi olmasın: ehtiyac yaranarsa, biz elə yerindəcə elə cavab verəcəyik ki, onlar bunu başa düşəcəklər. Bunu da uğurla həyata keçirəcəyik".
Qeyd edək ki, bu, sabiq generalın ilk belə bəyanatı deyil. Bundan əvvəl Yunanıstanın "Proto Thema" qəzetinə müsahibəsində o, "Yunan torpağına ayaq basan hər kəsi əvvəlcə yandıracağıq, sonra kim olduqlarını soruşacağıq", - deyə hədə-qorxu gəlmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 31 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















