“İranın Türkiyəyə raket atması 5 ci maddə üçün əsas yaratmır” NATO Baş katibi
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
İrandan Türkiyəyə raket atılması ciddi hadisədir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə NATO Baş katibi Mark Rutte bildirib.
Baş katib bildirib ki, bununla belə, bu vəziyyət NATO-nun 5-ci maddəsinin tətbiqi üçün əsas yaratmır.
Onun sözlərinə görə, İrana qarşı aparılan hərbi əməliyyatlar hələ başlanğıc mərhələsindədir.
Rutte qeyd edib ki, İran Yaxın Şərqə, qonşularına, İsrailə və Avropaya qarşı təhdid ritorikasından uzaq durmalı, gərginliyi artıran addımlardan çəkinməlidir.
O əlavə edib ki, regional və qlobal təhlükəsizliyin qorunması üçün ortaq məsuliyyət vacibdir.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsi kollektiv müdafiə prinsipidir.
Bu mövzuda digər xəbərlər:İranın Türkiyəyə raket atması NATO mexanizmini işə sala bilərmi? Beşinci bəndin TƏLƏBİ
10 Mart 2026 17:54
NATO dan İranın Türkiyəyə raket atmasına reaksiya
04 Mart 2026 17:15
NATO İranın Türkiyəyə hücumuna təpki verdi
04 Mart 2026 17:21
NATO Baş katibi Türkiyəyə gəlir...
24 Noyabr 2024 10:15
NATO baş katibi Türkiyəyə gedir
20 Aprel 2026 16:54
Baxış sayı:147
Bu xəbər 05 Mart 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















