Icma.az
close
up
RU
İranın “xəyalət generalı”: Onun ölümü Tehranın məhvinin önünü açdı

İranın “xəyalət generalı”: Onun ölümü Tehranın məhvinin önünü açdı

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Böyük Britaniyanın nüfuzlu “Tayms” nəşri 2019-cu ilin sonunda 2020-ci ildə bəşəriyyətin taleyinə ən çox təsir edəcək 20 nəfərin siyahısını hazırlamışdı. 20 nəfərlik siyahıdakı şəxslərdən biri də İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı bölməsinin komandanı general Qasım Süleymani idi.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Xaqani Cəfərli bildirib.

O xatırladıb ki, bu hadisədən cəmi bir neçə gün sonra Süleymani Bağdadın beynəlxalq hava limanını “Toyota Avalon” avtomobilində “Hyunday Stareks” mikroavtobusunun müşayiəti ilə tərk edərkən raket zərbəsi ilə öldürüldü:

“Mərkəzi Kəşfiyat İdarəsinin sabiq direktoru Devid Petrus İraqdan Livana, Suriyadan Əfqanıstana kimi çox geniş bir çoğrafiyada “xəyalət general” (əyulə-zombi - red.) ləqəbi ilə tanınan Süleymanini şərin canlanmış təcəssümü hesab edirdi. Petrus Süleymani ilə 2008-ci ildən “tanış idi”. Süleymani 2008-ci ildə İraqdakı çoxmillətli NATO hərbi qüvvələrinə rəhbərlik edən Petrusa belə bir məktib göndərərək, İraqdan çıxmalarını tələb etmişdi: “General Petrus, siz bilməlisiniz ki, mən, Qasım Süleymani İranın İraq, Suriya, Livan, Əfqanıstan və Qəzza siyasətinə cavabdeh şəxsəm və siz mənim ərazimə girmisiniz”.

Amerikalı digər bir general Mark Xertlinq Sülemanini belə xarakterizə etmişdi: “O, bütün həyatı boyu döyüşüb. Bu sakit, xarizmatik oğlan strateji dahi və bacarıqlı taktikdir”. MKİ-nin Yaxın Şərq üzrə “əsas adam”ı hesab olunan Con Maqvayr Süleymanini Yaxın Şərqdə ən güclü təsirə malik şəxs adlandırmışdı.

Süleymani Tailand, Nyu Dehli, Laqos və Nayrobidəki terror hadisələrinin, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin də təşkilatçısı idi. Bütün bu əməliyyatlar onun sərhəd tanımadığını, “əlinin nə qədər uzun olduğunu” göstərirdi.

Səudiyyə Ərəbistanının ABŞ-dakı səfirinin Ağ Evin yaxınlığında öldürülməsi cəhdinin təşkilatçısının Süleymani olduğu məlum olduqda onun məhv edilməsi müzakirə olunmuş, lakin Ağ Ev Süleymaninin öldürülməsinin İranla müharibəyə səbəb ola biləcəyindən ehtiyat edərək bundan imtina etmişdi.

Süleymani son 20 ildə İranın xaricində kəşfiyyat-diversiya, terror və döyüş əməliyyatlarını planlaşdırmış və yönəltmişdi. Qasım Süleymani Suriyada Rusiya-İran işbirliyinin memarı, Yaxın Şərq və Cənubi Qafqazda Qərbə qarşı Rusiya-İran siyasətini müəyyən edən və həyata keçirən bir neçə şəxsdən biri idi. Sonrakı proseslər göstərdi ki, Tehranın bütün cəhdlərinə baxmayaraq, İran Süleymaninin öldürülməsi ilə yaranan boşluğu doldura bilməyib. Süleymaninin öldürülməsi Rusiya-İran cütlüyünün məğlubiyyətinin başlanğıcı, İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya düzənin dağılmağa başladığı andır. Tarixin dönüş nöqtəsi olan bu hadisə Azərbaycan torpaqlarının 26 illik işğaldan azad edilməsinə gedən yolun da başlanğıcı idi”.

Aygün,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 İyun 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri