Icma.az
close
up
RU
İranın alacağı qisas: Tehranın cavabı ağır olacaq

İranın alacağı qisas: Tehranın cavabı ağır olacaq

Icma.az bildirir, Ayna portalına istinadən.

İran əgər təkcə İsrailə yox, ABŞ-ın hərbi bazalarına zərbələr endirməyə qərar versə, dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq

İsrailin İrana zərbələr endirəcəyi gözlənilən idi. Hətta ABŞ ilə danışıqlar getdiyi bir zamanda belə yazılarımda qeyd edirdim ki, İsrail İranı vurmaq fikrindən daşınmayıb, sadəcə olaraq hazırlıq prosesi gedir və hazırlıq prosesi bitən kimi zərbələr endiriləcək.

ABŞ Prezidenti Donald Tramp da bir neçə gündür ki, sərsəm bəyanatlar verməkdə idi. Tramp gah deyirdi ki, məsələni danışıqlar yolu ilə həll etmək lazımdır, gah da deyirdi ki, İranın nüvə silahı əldə etməsinə nəyin bahasına olursa-olsun, icazə verməyəcək.

Bakı vaxtı ilə gecə saatlarından başlayaraq İsrail İrana raket zərbələri endirməyə başladı. Dağıntılar, dəyən ziyan böyükdür. Ancaq ilk ağla gələn niyə bu qədər dağıntının olması, yaxud İranın hava hücumundan müdafiə sistemlərinin niyə işləməməsi olur.

Düzdür, ilkin olaraq dəqiq rəy vermək çətin olsa da, qeyd etmək lazımdır ki, İsrail bu əməliyyata çox ciddi şəkildə hazırlaşıb. İsrail ordusu öncə İranın radarlarını sıradan çıxarıb, ardınca hava hücumundan müdafiə sistemlərini. Bundan sonra isə dəqiq hədəflərə zərbələr endiriblər. İsrail ilk dəfə İrana zərbələr endirərkən İran İsrailə sürpriz etmişdi. Belə ki, İsrail İranın bilinən hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb, ikinci dalğa hücum təşkil edərkən, İran gizli olan hava hücumundan müdafiə sistemlərini işə salmışdı.

Ona görə də İsrailin İrana bundan öncə iki hücumu o qədər də effektiv olmamışdı. Görünür, İsrail tərəfi bu hücumda o sürprizi də göz önünə alıb və İranın hava hücumundan müdafiə sistemlərinin ikinci layını da sıradan çıxarıb. İsrail nəinki İranın nüvə obyektlərinə, hətta Baş Qərargah rəisinin, ordu komandanlarının, nüvə alimlərinin evinə zərbələr endirib. Bunu İsrail kəşfiyyatının güclü işləməsi kimi qeyd etməliyik. Eyni zamanda, İran xüsusi xidmət orqanlarının zəifliyini gözardı edə bilmərik.

İrana hücumdan bir gün əvvəl İsrail mediasında diqqətçəkən bir məqalə yayıldı: məqalədə deyilirdi ki, İsrailin Baş Qərargah rəisi “hökumət qarşısında İrana hücumu ABŞ ilə koordinasiya etmək lazımdır” tələbi qoyub. İsrail mətbuatı bildirirdi ki, İsrail müdafiə naziri Baş nazir Benyamin Netanyahuya açıq şəkildə İranla təkbaşına hərbi münaqişəyə girə bilməyəcəklərini, Vaşinqtonla koordinasiya edilmədən əməliyyata başlamağın doğru olmayacağını deyib.

Maraqlıdır ki, İsrailin hücumu başlayar-başlamaz ABŞ tərəfi bir neçə dəfə müxtəlif rəsmilərin dili ilə “İsrailin hücumunda əllərinin olmadığını” bəyan etdi. Hətta xahiş edərcəsinə, İranın ABŞ maraqlarına və ordusunun şəxsi heyətinə zərər verməməyə çağırdı.

İran İsrailin hücumlarında ABŞ-nin əlinin olmadığına inanmır və günahkar kimi Vaşinqtonu görür. Maraqlı bir məqam isə hava döyüşləri bitməmiş ABŞ tərəfinin bazar günü nəzərdə tutulan ABŞ-İran nümayəndlərinin görüşünə hazır olduqlarını bəyan etməsidir.

Şübhəsiz ki, İsrailin İrana endirdiyi bu zərbələr İrana ağır zərər verdi. Ancaq İranın cavabının da ağır olacağı gözləniləndir. Düzdür, Azərbaycanda bəzilərinə bunu inandırmaq çətindir, ancaq İsrail Baş naziri Netanyahunun “əməliyyat uğurlu keçdi” deməsindən sonra israilliləri evdən bir müddət çölə çıxmamağa çağırması onu deməyə əsas verir ki, İrandan ağır cavab gözləyirlər.

İranın İsrailə ağır cavab zərbəsi endirmək imkanı var? Bəli, çünki bir hücumla İranın hücum potensialını sıfıra endirmək mümkün deyil. Düşünürəm ki, İran İsrailə həm raketlərlə, həm də ən müxtəlif üsullarla cavab verəcək. Düzdür, bu müharibənin uzunmüddətli müharibəyə çevrilmə şansı yoxdur. Çünki quru əməliyyatlarının keçirilməsi üçün tərəflər bir-birindən çox uzaqdır. Ancaq havadan və raket zərbələri ilə tərəflər bir-birinə ağır zərər verə bilər.

Prosesləri izləyən hər kəs bilir ki, Yaxın Şərqdə baş verən proseslərin hamısı İsrailin təkidi ilə ABŞ-ı prosesə qoşmaqla baş verir. Tramp İranla toqquşmadan qaçsa da, Netanyahu istəyinə nail oldu. İsrail İranın nüvə silahı əldə etməsindən çox narahatdır. Əslində təkcə İsrail yox, elə Avropa ölkələri, ABŞ da…

Şimali Koreyada nüvə silahı təhlükəli sayılmır, İsraildə, Rusiyada, Fransada və digərlərində təhlükəli sayılmır, ancaq İranda təhlükəli olur? Bu təhlükədən daha çox maraqlarla bağlıdır. Onlar İranın əlində çəkindirici gücün olmasını istəmirlər. Haqlıdırlar, haqsızdırlar – bunu demək çətindir. Ancaq reallıq odur ki, hələlik nüvə silahına sahib olan ən təhlükəli ölkə dünyaya ədalət gətirmək istəyini daim dilə gətirən ABŞ-dır. Çünki digər nüvə silahı olan ölkələrdən fərqli olaraq ABŞ-ın istifadə təcrübəsi var.

İran əgər təkcə İsrailə yox, ABŞ-ın hərbi bazalarına zərbələr endirməyə qərar versə, dünyadakı müharibə kampaniyasına daha çox ölkə qoşulacaq.

Müəllif: Səxavət Məmməd – Hərbi ekspert

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 İyun 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri