İranın Zəngəzur dəhlizi ilə bağlı etirazlarının səbəbi nədir? Ekspert AÇIQLADI
Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Son günlər Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr regionda ciddi geosiyasi gərginlik yaradıb. İran bu məsələyə ən sərt reaksiya verən ölkələrdən biridir və son altı ay ərzində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani dəfələrlə dəhlizin açılmasına etirazını ifadə edib. Rəsmi Tehran bunu təhlükəsizlik və sərhədlərin toxunulmazlığı ilə əsaslandırsa da, bu etirazların kökündə daha çox geosiyasi maraqlar və regional güc balansının dəyişməsi kimi iddialar dayanır.
Bununla bağlı siyasi şərhçi Əziz Əliyev Avtosfer.az-a bildirib ki, İranın Zəngəzur dəhlizinə etirazı real təhlükədən yox, regionda dəyişən geosiyasi balans, ABŞ və müttəfiqlərinin təsirinin artması və öz qurduğu strateji sistemin zəifləməsi ilə bağlı dərin narahatlıqlardan qaynaqlanır:
“İran heç bir mütərəqqi ideyanı dəstəkləmir və bütün yenilikləri, dəyişiklikləri özünə təhlükə kimi görür. Bu da onunla əlaqədardır ki, İran müəyyən bir münasibətlər sistemi formalaşdırıb və zamanla Rusiya və Çin arasında, eləcə də dünyanın digər narazı gücləri arasındakı toqquşan münasibətlərdən faydalanıb. İndi fərqi yoxdur, istər Zəngəzur dəhlizi olsun, istər Bəsrə körfəzində baş verən proseslər, Cənubi Qafqazda yaşananlar, Suriyada və ümumilikdə Yaxın Şərqdə baş verən hadisələr bütün hallarda İran bunların əleyhinə çıxır. İkinci məsələ ondan ibarətdir ki, izolyasiya, sərhədlərdə aparılan işlər kimi mövzular gündəmə gətirilir. Bunlar siyasi narahatlıqlar kontekstində ifadə olunur və Azərbaycana yönəlmiş kimi göstərilsə də, əslində bu, Ermənistan üzərindən ABŞ, İsrail və NATO-nun regionda möhkəmlənməsi ilə bağlıdır və İran bunu İrəvanla müzakirə etməlidir. İran orada özünün qurduğu “müqavimət oxu”, yəni “şiə ayparası” çərçivəsində Ermənistanı bu oxun bir tərəfində yerləşdirmişdi, lakin nəticədə həmin ox dönüb özünə sancıldı. Belə məqamlar mövcuddur. Rusiya və Çinlə əlaqələri zəifləyir. Bunun Zəngəzur dəhlizi ilə nə əlaqəsi var? Şimal–Cənub kimi bir dəhliz Azərbaycanın ərazisi üzərindən Rusiyaya və İrana çıxış verir. Ona görə də geosiyasi zərər və risklər Azərbaycandan yox, ABŞ-dan qaynaqlanır. Son zamanlar baş verən proseslər də onu göstərir ki, ABŞ-nin “çəkic gücü” İranda olduqca yüksək imkanlara malikdir və məsələyə məhz buradan başlamaq lazımdır”.
Nurcan Babək
Oxunub 36
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 19 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















