Icma.az
close
up
RU
“Zəngəzur Dəhlizi Rusiya və İranın narahatlıqlarınabaxmayaraq açılır” HƏRBİ EKSPERT

“Zəngəzur Dəhlizi Rusiya və İranın narahatlıqlarınabaxmayaraq açılır” HƏRBİ EKSPERT

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Zəngəzur Dəhlizi region üçün strateji əhəmiyyətə malikdir və uzun müddətdir diqqət mərkəzindədir. Onun açılması həm regional əlaqələri gücləndirir, həm də iqtisadi imkanlar yaradır.

Eyni zamanda, bəzi qonşu dövlətlərin narahatlıqları bu prosesin siyasi aspektini gündəmə gətirir.

Gununsesi.info-ya danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Rusiya Zəngəzur Dəhlizinin açılmasına qarşı deyil, lakin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün özü özünü bu prosesdən kənarlaşdırıb:

“Razılaşma 2020-ci ildə imzalanmışdı, lakin ötən 5 il ərzində Rusiya dəhlizin açılması üçün heç bir addım atmayıb. Buna görə də sonradan Vaşinqton formatı ortaya çıxdı və ABŞ-ın vasitəçiliyi ilə dəhlizin açılması üzrə mühüm qərarlar qəbul edildi. Nəticədə Rusiya proseslərdən kənarda qaldı və bununla əlaqədar onun fəaliyyətləri də əsasən passiv olaraq xarakterizə olunur”.

Hərbi ekspertin fikrincə, İrandakı bəzi siyasətçilər hesab edirlər ki, dəhlizin açılması onların bölgədəki təsir imkanlarını, eləcə də tranzit gəlirlərini azaldır:

“Bu dəhliz vasitəsilə Türkiyə, Azərbaycan və Avropa arasında birbaşa və qısa bağlantı yaranır, İran isə ərazidən keçən yüklərdən əldə edəcəyi maliyyə gəlirlərindən məhrum olur.

Bundan əlavə, İran Azərbaycan və Türkiyənin birləşməsindən, həmçinin ABŞ-ın həmin ərazilərə icarə hüququndan narahatdır. Onlar hesab edirlər ki, bu gələcəkdə İranın Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxış imkanlarını məhdudlaşdıra bilər. Reallıq isə göstərir ki, heç bir dəhliz kiminsə yolunu bloklamaq üçün nəzərdə tutulmayıb.

 İran Azərbaycan ilə Türkiyənin və Naxçıvanın əlaqəsini Araz dəhlizi vasitəsilə həyata keçirərək alternativi olmayan bir yol üzərində təsir imkanlarını qorumağa çalışırdı. Lakin məlumdur ki, Zəngəzur dəhlizinin açılmasına mane olmaqla İran artıq ABŞ-ın xüsusi hərbi kampaniyalarının müşahidəsi altında qalacaq”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri