Icma.az
close
up
RU
İranın Zəngəzur isterikası yenidən “OYANDI” Xameneinin müşavirindən SƏRSƏM BƏYANAT

İranın Zəngəzur isterikası yenidən “OYANDI” Xameneinin müşavirindən SƏRSƏM BƏYANAT

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

İran rəsmiləri yenidən anti-Azərbaycan kampaniyasına başlayıblar. Bu dəfəki hədəfsə Zəngəzur dəhlizidir. Belə ki İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib.
Onun iddiasına görə bu layihə “İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir təhdid”dir.
Vilayətinin bu iddiasının heç bir əsası yoxdur.
Çünki istənilən layihə iştirakçı dövlətlərin razılığı ilə reallaşır. Heç kim hər hansı bir dövləti məcbur edə bilməz ki, öz ərazindən mənə dəhliz ver. Bu mənada Zəngəzur dəhlizi İranın milli birliyinə və ərazi bütövlüyünə hər hansı bir təhdid yaratmır.

Vilayətiyə bir məsələni də xatırlatmaq istəyirik ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdiriləcək bu dəhlizin reallaşmasına əngəl yaradanlar ilk növbədə ölkəmizin suveren hüquqlarına hörmətsizlik edirlər. Çünki bu dəhliz 100 ilə yaxın mövcud olub. Hələ onu demirik ki, 44 kilometrlik dəhliz vaxtilə Azərbaycanın tarixi torpaqlarının zəbt olunması hesabına yaradılıb. Ona görə də Xameneinin müşavirinin iddiaları xəstə təxayülün məhsuludur.
Müşavir Cənubi Qafqazın qeydinə qalır?
Vilayətinin daha bir cəfəng iddiası ondan ibarətdir ki, “düşmənlər iqtisadi inkişaf bəhanəsi ilə bölgədə öz planlarını həyata keçirmək istəyirlər”. O deyir ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürkist çevrələr “iqtisadi dəhliz” adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir. Vilayətinin fikrincə, bu planlar əslində Cənubi Qafqazda sabitliyi pozmaq, İranın və Rusiyanın mühasirəyə alınması məqsədi daşıyır.
Əslində bu iddiaların da əsası yoxdur. Çünki Zəngəzur dəhlizinin bərpası üçün Azərbaycan hələ 2020-ci ilin dekabrında 3+3 platforması təklif edib. Bu ideyanın mahiyyəti isə ondan ibarətdir ki, regionun 6 ölkəsi arasında bütün kommunikasıiyalar açılsın və bütün iştirakçı dövlətlərin iqtisadi inkişafı üçün əlavə imkanlar yaransın. Bu layihədə hər hansı bir Qərb və yaxud, Şərq ölkəsinin iştirakı nəzərdə tutulmur. Bununla belə, vaxtilə bu ideyanın əleyhinə çıxan ilk ölkə İran olmuşdu.
İranın və Cənubi Qafqazın təhlükəsizliyindən “narahatlıq keçirən” Vilayəti yaxşı olardı ki, ideya kimi qalan 3+3 platformasının reallaşmasına rəsmi Tehranın dəstəyindən danışsın. Çünki bu layihə təkcə Cənubi Qafqazın yox, həm də İranın, Rusiyanın və hətta Türkiyənin iqtisadi və siyasi sabitliyinə xidmət edir. Ona görə də Vilayətinin bu iddiası cəfəngiyyatdan başqa bir şey deyil.
Hədəf kimdir?
İran rəsmisi bəyanatında əsas fikri sona saxlayıb. O, Azərbaycanın bölgədəki roluna da toxunaraq, Azərbaycanın xalqını “düşmən planlarına qarşı ayıq olmağa” çağırıb.
Lakin Vilayəti bir faktı unudur ki, Azərbaycan Zəngəzur dəhlizinin bərpası ilə Qərb dövlətləri ilə danışıqlar aparmır. Əksinə İranla Araz dəhlizinin açılması yönündə real iş görür. İlkin hesablamalara görə İran üzərindən keçən bu dəhliz 2026-cı ilin əvvəllərində istismara veriləcək.
Dəhlizin açılmasına nə qədər qalıb?
Nəzərə alaq ki, Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev bir müddət əvvəl ölkəmizə səfərə gələn İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvanı birləşdirəcək Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baş çəkiblər.
Onlar Ağbənd körpüsünə, Horadiz-Ağbənd dəmir yolunun tikintisinə birgə baxış keçiriblər. Səfər zamanı Ağbənd körpüsünün 2026-cı ilin əvvəllərində istifadəyə verilməsi və onun istismarının asanlaşdırılması istiqamətində planlar nəzərdən keçirilib.
Qərara alınıb ki, sərhəd körpüsünün tikintisi bu ilin noyabr ayınadək başa çatdırılsın və açılışa hazır olsun.
Eyni zamanda, İran ərazisində yerləşən sərhəd terminalının müvəqqəti istismarı üçün zəruri tədbirlərin görülməsi və terminalın 2026-cı ilə qədər tam istifadəyə verilməsi razılaşdırılıb.
Bundan əlavə, bu ilin sonuna kimi həm yük, həm də minik avtomobillərin hərəkətinin bərpa olunması planlaşdırılır.

Bu körpü Azərbaycanın əsas ərazisi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvanı birləşdirən ən qısa yol olacaq. Körpü Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək. Fars körfəzi ilə Qara dənizi birləşdirən ən əlverişli marşrut olacaq.

Göründüyü kimi, bu dəhlizin açılmasından ən çox fayda götürəcək ölkələrdən biri İran olacaq. Yəni, İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizi ilə bağlı səsləndirdikləri cəfəngiyyatdan başqa bir şey deyil./Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:53
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 İyul 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri