Icma.az
close
up
RU
İranla bağlı dəhşətli ssenari işə salınır? ABŞ iki ölkədən icazə almalıdır

İranla bağlı dəhşətli ssenari işə salınır? ABŞ iki ölkədən icazə almalıdır

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Sabiq diplomat, Azərbaycanın İrandakı keçmiş səfiri, şərqşünas alim, professor Nəsib Nəsiblinin İranla bağlı proqnozları müzakirələrə səbəb olub. Professor “Prime TV”ə müsahibəsində deyib ki, ABŞ-ın silahlı qüvvələri Hörmüz boğazında nəzarəti götürə və orada İrandan neft idxal edən ölkələrin gəmilərinə məhdudiyyət qoya bilər.

Sitat: “Bu, İranın “belini qıracaq” bir addımdır. İqtisadi cəhətdən çətin halda olan İranı bir az da fəlakət vəziyyətinə sala bilər”.

Bu ssenari mümkündürmü?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu, nəzəri baxımdan mümkün ssenaridir:

“Lakin praktikada çox mürəkkəb və risklidir. Hörmüz boğazı dünya neft ticarətinin ən strateji nöqtələrindən biridir və buradan təkcə İranın yox, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, İraq kimi ölkələrin də nefti daşınır. ABŞ-ın boğaza tam nəzarət etməsi və yalnız İrandan neft alan ölkələrin gəmilərinə məhdudiyyət tətbiq etməsi beynəlxalq hüquq, böyük dövlətlərin maraqları, hərbi risklər baxımından ciddi problemlər yaradar. Vaşinqton indiyə qədər əsasən sanksiyalar və maliyyə mexanizmləri ilə İranın neft ixracını məhdudlaşdırmağa çalışıb. Dəniz yollarının hərbi yolla bağlanması isə faktiki blokada deməkdir. Bu, müharibə aktı kimi qiymətləndirilə bilər”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, İranın buna cavab olaraq boğazda gərginliyi artırmaq, dəniz təhlükəsizliyini pozmaq və ya regiondakı ABŞ maraqlarına qarşı asimmetrik addımlar atmaq ehtimalı yüksəkdir:

“Bu isə təkcə İran-ABŞ qarşıdurması yox, daha geniş regional böhran yarada bilər. Belə bir addımın nəticələri qlobal miqyasda hiss olunardı. Neft qiymətləri kəskin qalxar, enerji bazarlarında xaos yaranar. Bu, xüsusilə Avropa və Asiya iqtisadiyyatlarına ciddi zərbə vurar. Çin və Hindistan kimi ölkələr İrandan neft alan əsas oyunçulardır və onların razılığı olmadan bu cür ssenarini uzunmüddətli saxlamaq çətin olar. ABŞ-ın müttəfiqləri də enerji təhlükəsizliyi riskinə düşdüyü üçün birmənalı dəstək verməyə bilər. İran üçün isə bu, çox ağır iqtisadi zərbə olardı, amma “tam çöküş” avtomatik baş verməz. İran indiyə qədər də sanksiyalar şəraitində alternativ satış yolları, kölgə ticarəti və daxili uyğunlaşma mexanizmləri formalaşdırıb. Qısa müddətdə ciddi böhran yaransa da, uzunmüddətli perspektivdə bu cür təzyiq İranı daha sərt və aqressiv regional davranışlara sürükləyə bilər. Nəticə etibarilə ABŞ-ın Hörmüz boğazını bu formada nəzarətə götürməsi mümkünsüz deyil, amma çox yüksək riskli, baha başa gələn və nəticələri nəzarətdən çıxa bilən ssenaridir. Ona görə də real siyasətdə bu variant adətən son hədd, yəni açıq hərbi qarşıdurma mərhələsi kimi nəzərdən keçirilir, əsas alət isə yenə də sanksiyalar və diplomatik təzyiq olaraq qalır”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Fevral 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri