Icma.az
close
up
RU
İranla müharibə ABŞ və Trampın imicinə zərbə vurub POLİTOLOQ

İranla müharibə ABŞ və Trampın imicinə zərbə vurub POLİTOLOQ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ strateji məqsədlərinə çatmaq naminə müxtəlif dövrlərdə fərqli bəhanələrlə addımlar atıb

ABŞ və İran arasında danışıqlar davam edir. Tərəflər nüvə proqramı və Hörmüz boğazı ətrafında düyünlənən problemlərə həll yolları axtarmağa çalışırlar. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, sülhə çox yaxın olduqlarını açıqlayıb. Lakin o, nüvə proqramı ilə bağlı bir neçə məsələni həll edə bilmədiklərini söyləyib. Digər tərəfdən isə axios portalı, ABŞ və İranın nüvə proqramı ilə bağlı memorandum layihəsi üzərində razılığa gəldiklərini yazır.

Sənədə əsasən, İran uran ehtiyatlarından imtina edilməsi məsələsini danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürməli və 30 gün müddətində Hörmüz boğazının minalardan təmizlənməsini təmin etməlidir. Lakin Tehran, bu məlumatı təkzib edib. Tərəflər arasında əldə olunmuş atəşkəs rejiminə baxmayaraq, mayın 28-də ABŞ tərəfindən İranın hərbi obyektinə zərbələr endirilib. SEPAH isə qisas əməliyyatı adı altında, ABŞ aviabazasına hücum edib. Göründüyü kimi, danışıqlar aparılsa da, qarşılıqlı zərbələr müharibə riskinin hələ də masada olduğunu göstərir. 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev Sherg.az-a bildirib ki, Trampın İrana qarşı apardığı siyasət iqtisadi və siyasi baxımdan fiaskoya uğradı:

“Müharibənin təhlilini aparsaq görərik ki, ABŞ və İsrail dini rəhbəri qətlə yetirib, İranın strateji obyektlərini vursa da, öz məqsədlərinə çata bilmədilər. ABŞ-nin əsas məqsədi, İranda rejim dəyişikliyinə nail olmaq və öz maraqlarına uyğun siyasi sistem formalaşdırmaqdır. Onlar açıq şəkildə ABŞ-nin nəzarəti altında idarə olunan bir dövlət yaratmağı hədəfləyiblər. Yaradılacaq yeni dövlətdən Amerikan imperatorluğuna təhlükə yaradan amilləri aradan qaldırmaq üçün istifadə ediləcək. Təhlükəli amillər dedikdə, Çin, Rusiya və türk dövlətləri nəzərdə tutulub. Xüsusilə də türk dövlətlərinin səyləri ilə Turan birliyinin yaradılması ehtimalından narahat olurlar”. 

Politoloqun sözlərinə görə, Tramp İranla hər hansı bir məsələdə razılığa gələn kimi bunu ictimaiyyətə “qələbə” olaraq təqdim etməyə çalışır:

“Çünki İranla müharibə ABŞ-nin beynəlxalq nüfuzuna və Trampın imicinə zərbə vurub. Hörmüz boğazının bağlanması ilə bağlı dünyada iqtisadi xaos yaşanmağa başladı. Bu isə NATO daxilində parçalanma meyillərini gücləndirdi. Trampın reytinqinin aşağı düşməsi, qarşıdan gələn Konqres seçkilərində respublikaçıların məğlubiyyəti ilə nəticələnə bilər. Buna görə də o, İranla saziş imzalamağa can atır. Hazırda zənginləşdirilmiş uranın, ABŞ-yə verilməsi üzərində müzakirələr aparılır. İran tərəfi isə onların ölkədən yalnız Çin və Rusiyaya həvalə olunması şərti ilə çıxarılmasına razı olacaq. İranda tikilən Buşehr atom elektrik stansiyasının Rusiyaya məxsus olduğu da inkar edilə bilməz”. 

A.Məsiyevin fikrincə, ABŞ strateji məqsədlərinə çatmaq naminə müxtəlif dövrlərdə fərqli bəhanələrlə addımlar atıb: 

“İlkin mərhələdə, İranı sanksiyalara məruz qoymaq üçün onun terrorçu qruplara dəstək verdiyini iddia etdilər. Bu plan gözlənilən nəticəni vermədiyinə görə nüvə proqramını bəhanəyə çevirib, hücuma keçdilər. Bu gün İranla saziş imzalansa belə, seçkilərdən sonra yenidən İrana qarşı təzyiq mexanimzlərini işə salacaqlar. ABŞ beynəlxalq hüquq prinsipləri ilə deyil, güc faktoruna əsasən hərəkət etdiyinə görə, hansısa sənədin imzalanması onlar üçün heç bir əhəmiyyət daşımır”. 

Politoloq onu da qeyd edib ki, ABŞ vaxtilə İraqda tətbiq etdiyi siyasi kursu, hazırda İran üzərində qurub:

“Onlar İraq prezidenti Səddam Hüseynin kütləvi qırğın silahlarına sahib olduğu yalanını ortaya atıb, ölkəni işğal etdilər. Buna bir çox hadisələri nümunə çəkmək olar. Məsələn, Venesuela prezidenti və onun həyat yoldaşı bir gecədə narkotik qaçaqmalçılığı ittihamı ilə evlərindən çıxarılaraq, ölkənin təbii sərvətlərinə nəzarət ələ keçirildi. Bir sözlə, ABŞ üçün yalan iddialar üzərində “həqiqət təsəvvürü” formalaşdırmaq çox asan bir prosesdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 May 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri