Icma.az
close
up
RU
İranla ABŞ arasında müharibə ehtimalı artır POLİTOLOQ

İranla ABŞ arasında müharibə ehtimalı artır POLİTOLOQ

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran və ABŞ arasında aparılan danışıqlar getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Fevralın 6-da Omanda nüvə sənədlərinin mübadiləsi istiqamətində, keçirilən görüşlər gözlənilən nəticəni vermədi. Danışıqlardan sonra ABŞ-ın yenidən Yaxın Şərqə hərbi yüklər daşıması ilə bağlı yayılan məlumatlar bunu bir daha təsdiqləyir. Vaşinqton rəsmi Tehranın qarşısına əsas tələb kimi nüvə proqramının məhdudlaşdırılmasını qoyub. İranın xarici işlər naziri Abbas Əraqçi isə nüvə proqramından geri çəkilmək niyyətində olmadıqlarını bildirib.  Mövcud geosiyasi şəraitdə, tərəflər arasındakı anlaşılmazlığın, açıq qarşıdurmaya çevrilmə ehtimalı getdikcə artır.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-ın Yaxın Şərqə hərbi yüklər daşıması, İrana qarşı hərbi təzyiqin gücləndirildiyini göstərir:

“Tərəflər arasında Omanda keçirilən danışıqların müsbət nəticə verəcəyini gözləmək çətindir. Çünki həm ABŞ, həm də İran prinsipal mövqelərindən geri çəkilmir. Vaşinqton Tehranın qarşısına üç əsas şərt qoyub. Bunlara, uranın zənginləşdirilməsinin tam dayandırılması, proksi qüvvələrə verilən dəstəyin kəsilməsi və ballistik raket proqramının məhdudlaşdırılması aiddir. Rəsmi Tehran ABŞ-ın tələblərinə baxmayaraq, heç bir güzəştə getməyəcəyini açıq şəkildə bəyan edir. Mövcud şəraitdə ABŞ-İran arasında hərbi qarşıdurma ehtimalı istisna olunmur ”. 

Politoloqun sözlərinə görə, proseslərdə, Çin faktoru da mühüm rol oynayır:

“Çin, İranın mövqeyindən geri çəkilməməsini dəstəkləyir. Bu da gərginliyin daha da dərinləşməsinə təsir göstərir. Əgər tərəflər arasında danışıqlar İstanbulda keçirilsə və İranın Ali rəhbəri proseslərdən kənarda qalaraq, əsas fiqur kimi Prezident Məsud Pezeşkian ön plana çıxsaydı, irəliləyiş əldə olunardı. Ərəb ölkələri ilə Türkiyə isə tərəflər arasında diplomatik təmasları intensivləşdirərək, müharibəyə aparan yolu razılaşma müstəvisinə keçirməyə çalışır. Tərəflər arasındakı danışıqlar müharibəni yalnız müəyyən müddətə ertələyə bilər”.

Aybəniz Səfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Fevral 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri