Icma.az
close
up
RU
İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ administrasiyası İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla yenidən birbaşa dialoqa başlamağa hazır olduğunu bəyan edib.

Bəs ABŞ-nin əsas məqsədi nədir?

Siyasi şərhçi Çingiz Şahbazi Redakor.az-a açıqlamasında bildirdi ki, ABŞ İranın nüvə silahına sahib olmasını istəmir.

Onun sözlərinə görə, ABŞ İranla birbaşa və ya dolayısı ilə müharibə riskindən qaçır.

"Tramp administrasiyası İranın nüvə proqramı ilə bağlı rəsmi Tehranla yenidən birbaşa dialoqa başlamağa hazır olduqlarını bəyan etmək məcburiyyətində qalıb. Çünki son vaxtlar İran və İsrail arasında qarşılıqlı olaraq müharibə təhdidləri, həqiqətən də müharibənin yenidən başlanması ehtimallarını artırır".

Müsahibimiz vurğuladı ki, müharibə olduğu təqdirdə ABŞ-nin bu müharibədə iştirak etməsi qaçılmaz olacaq:

"Bu halda ABŞ-nin bölgədəki hərbi bazalarının İran tərəfindən hədəfə alınması, İranın ehtimal olunan müharibə planında başda yer almaqdadır. Bu səbəbdən İranla müharibə ABŞ üçün prioritet deyil. Amma bu, İrana qarşı müharibə riskinin olmadığı anlamına gəlmir.

Əslində ABŞ və İran arasında danışıqların gizli şəkildə aparılması haqda dünya mediasında məlumatlar yer alıb. Danışıqlar prosesini yenidən bərpa etmək və mərhələli şəkildə reallaşdırmaq həmçinin İran tərəfi üçün də məqbul sayılır. ABŞ-nin bu addımı İsrailin mövqeyinə ziddir, amma ABŞ İranı vurmaq niyyətində deyil, sadəcə olaraq onu nəzarətdə saxlamaq istəyir. Bu isə İsrailin İranla bağlı siyasətinə cavab vermir. Çünki İsrail İranın nüvə proqramı kartını əlində alət olaraq istifadə etdiyini bilir. ABŞ isə danışıqlar prosesini yenidən bərpa etməklə balanslaşdırılmış siyasət yürüdür. ABŞ onu İranla bağlı sıxışdıran İsrailin təzyiqlərinə qarşı, hərbi gücün fonunda diplomatik çıxış yolu qapısını da açıq saxlayır. Burada ABŞ-nin bir çox məqsədləri olduğunu qeyd etmək olar. Bu həmçinin ABŞ-nin klassik siyasi metodlarından biridir".

Ç.Şahbazinin fikrincə, ABŞ administrasiyasının mövcud bəyanatı anlaşılandır:

"Bəyanat İranla müharibə riskinin bütün regionu alova bürüyə biləcəyi ehtimalını, dünya enerji bazarında ciddi bahalaşmaya səbəb ola biləcəyi ehtimalını və digər səbəbləri özündə əks etdirir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Dekabr 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see259

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri