Icma.az
close
up
RU
İranla müharibə təhlükəsi artır, Vaşinqtonun məqsədi bəllidir ŞƏRH

İranla müharibə təhlükəsi artır, Vaşinqtonun məqsədi bəllidir ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Son danışıqlar İranın mövqeyini sərtləşdirdiyini və ABŞ-la danışıqlar prosesinin bərpasına hazır olmadığını göstərir"

Prezident Donald Trampın əmrindən sonra cəmi 96 saat ərzində ABŞ ordusu İrana qarşı yeni və genişmiqyaslı hücuma başlaya bilər.

 Bu barədə CNN ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

 Mümkün hədəflər sırasında enerji infrastrukturu və nüvə obyektləri də göstərilir.

“Bölgədə bu cür əməliyyatlar üçün lazım olan qüvvələr artıq mövcuddur. Əgər 2026-cı ilin əvvəlində aktiv hərbi mərhələnin bitməsindən sonra amerikalılar yalnız radarları, raket mərkəzlərini və ya asanlıqla təmir edilə bilən obyektləri vururdularsa, bu dəfə zərbələrin miqyası daha böyük ola bilər”, - məlumatda qeyd olunub.

Siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında bildirib ki, bu xəbərin yayılması İrana təzyiq göstərmək məqsədi daşıya bilər.

Onun sözlərinə görə, ABŞ-ın əvvəlki addımları göstərir ki, bu cür xəbərlərin yayılmasından sonra qısamüddətli hərbi zərbələr endirildiyi hallar olub. Ekspert hərbi əməliyyat ehtimalını istisna etməsə də, İranın infrastrukturunun hədəf alınacağı təqdirdə, bunun daha genişmiqyaslı əməliyyat olacağını düşünür:

“Belə bir addımın əsas məqsədi İran hakimiyyətini danışıqlar masasına qayıtmağa və razılaşmağa məcbur etmək ola bilər. Bununla belə, mümkün əməliyyatla bağlı xəbərlərin əvvəlcədən yayılması hərbi zərbə ehtimalının az olduğuna da işarə edə bilər. Hesab edirəm ki, bu məlumatlar daha çox xəbərdarlıq xarakteri daşıyır və Vaşinqtonun Tehrana təzyiq göstərmək üçün istifadə etdiyi vasitələrdən biri kimi çıxış edir”.

A. Nərimanlı qeyd edib ki, hazırda İranla bağlı müəyyən təmaslar davam etsə də, tərəflərin mövqelərində ciddi fikir ayrılıqları qalmaqdadır:

"Son danışıqlar İranın mövqeyini sərtləşdirdiyini və ABŞ-la danışıqlar prosesinin bərpasına hazır olmadığını göstərir. Xüsusilə İranın hərbi rəhbərliyinin zənginləşdirilmiş urandan imtina etməyəcəkləri ilə bağlı açıqlamaları tərəflər arasında razılaşma əldə olunmasını çətinləşdirir. İranda diplomatik təmaslar davam etsə də, ölkənin siyasi qərarlarının formalaşmasında SEPAH-ın hərbi rəhbərliyinin mövqeyi mühüm rol oynayır. Hərbi rəhbərliyin daha sərt xəttə üstünlük verməsi və bu mövqeyi açıq şəkildə ifadə etməsi isə diplomatik həll imkanlarını məhdudlaşdıraraq danışıqlar prosesini arxa plana keçirir".

Siyasi ekspertin fikrincə ABŞ-ın İrana mümkün hərbi zərbələrlə bağlı xəbərləri gündəmə gətirməsi Tehrana ünvanlanan xəbərdarlıq mesajı kimi qiymətləndirilə bilər. Onun fikrincə, Vaşinqton bununla İranı yenidən danışıqlar masasına qayıtmağa sövq etməyə çalışır:

"Hazırkı mərhələdə İranla danışıqların dalana dirənməsi və diplomatik prosesin tamamilə dayanması Donald Tramp administrasiyasının maraqlarına uyğun deyil. Xüsusilə ABŞ-da Konqresə aralıq seçkilər ərəfəsində İran və Ukrayna məsələlərində diplomatik fəallığın qorunması Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır. Tramp administrasiyası bu yolla həm ABŞ-ın qlobal liderlik mövqeyini nümayiş etdirməyə, həm də daxili siyasi auditoriyaya mesaj verməyə çalışır. Bir tərəfdən, hərbi müdaxiləni dəstəkləyən qüvvələrə ABŞ-ın təzyiq imkanlarını qoruduğu göstərilir. Digər tərəfdən isə siyasi elitanın diplomatik həll tərəfdarı olan kəsiminə problemlərin sülh yolu ilə həlli istiqamətində səylərin davam etdiyi mesajı verilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Oktyabr 2026 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri