Icma.az
close
up
RU
İranla müharibənin taleyi ondan asılır Trampı kim idarə edir?

İranla müharibənin taleyi ondan asılır Trampı kim idarə edir?

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-ın İrana qarşı kürd separatçılarından istifadə etmək planı baş tutmadı. Separatçılar gündə bir xəyala düşən Prezident Donald Trampa güvənməyib onun təklifini geri çeviriblər. Ağ Ev rəhbəri də ürəyində “canınız cəhənnəmə” deyib onlardan istifadə etmək fikrindən vaz keçib və təyyarəsinə minib Florida ştatına yollanıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri politoloq Heydər Oğuz deyib.

Onun sözlərinə görə, təyyarədə Trampı yaxalayan jurnalistlərin suallarını “Müharibəni indikindən daha mürəkkəb etmək istəmirik, mən kürdlərin ora getməsini istəmirəm” deyib:

“Bəs, sizcə, İrana hücumlar bitdikdən sonra bu ölkənin xəritəsi eyni qalacaqmı?” sualına da Trampın cavabı maraqlı olub: “Dəqiq deyə bilmərəm, amma yəqin ki, yox”.

Donald Tramp ertəsi gün “The Times of Israel” qəzetinə telefonla verdiyi açıqlamada çarəsizliyini növbəti dəfə gizlətməyib. O bildirib ki, İranla müharibənin nə vaxt bitməsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə alacaqları “qarşılıqlı” qərardan asılı olacaq. Yəni buna mən yox, ağam Netanyahu qərar verəcək, mən isə canü-dildən icra edəcəyəm.

Bir sözlə, Tramp əfəndi dərin bir qeyri-müəyyənlik içərisindədir. Görünən budur ki, o, hətta müharibəni belə bitirə bilər. Amma ağası Netanyahu hələlik buna razı deyil.

Bilirsinizmi, Tramp–Netanyahu cütlüyü niyə bu cür qeyri-müəyyən duruma düşdülər? Çünki köhnə hamama təzə tas qoymaq istədilər. Hamamın əsl sahibləri isə buna razı olmadı. Yəni Urmunu Kürdüstan etməyə çalışdılar. Urmulular isə buna yox dedilər. ABŞ və İsrailin proksiləri kimi fəaliyyət göstərməyə çalışan kürd separatçıları da bir tərəfdən İranın, digər tərəfdən Türkiyə və Azərbaycanın arasında sıxışıb qalmağın onlar üçün heç nə vəd etmədiyini anlayıb Trampı yalnız qoydular. Tramp isə öz növbəsində on minlərlə ABŞ əsgərini bu cəhənnəm üçbucağına göndərib həlak etmək istəmir.

İndi Trampın da, İranın da taleyi Netanyahunun əlindədir. Netanyahu Trampa “İranı vurmağı dayandır” desə, dayandıracaq, “dayandırma” desə, dayandırmayacaq. Görünən budur ki, Netanyahu da “tutduğunu buraxmayan kor” kimi hərəkət etmək niyyətindədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Mart 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri