Icma.az
close
up
RU
Trampı İranla müharibədən nə çəkindirir?

Trampı İranla müharibədən nə çəkindirir?

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin İrana hərbi müdaxiləsi, xüsusilə də Vaşinqtonun hücumlarına cavab olaraq Tehran hakimiyyətinin adevkat zərbələri və qarşılıqlı hücumlar fonunda silahlı qarşıdurmanın daha da şiddətlənməsi Yaxın Şərqi genişmiqyaslı müharibə meydanına çevirə bilər. 

Vaşinqton və Tehran, o cümlədən region ölkələri bunu çox yaxşı başa düşürlər. Bu səbəbdən Tramp administrasiyasının İrana hərbi müdaxilədən ehtiyat etməsi və Prezident Donald Trampın bu məsələdə tələsik qərar verməkdən çəkinməsi ilə bağlı səsləndirilən fikirlər əsaslı ola bilər. Ekspertlər hesab edirlər ki, Tramp İranla uzunmmüdətli müharibə riskindən ehtiyatlanır, o düşünür ki, İranla müharibə ABŞ-ni bataqlığa sala bilər. 

“The Wall Street” jurnalının məlumatında qeyd olunur ki, Trampın “həlledici” zərbə strategiyası, çox güman İranın geniş əks cavab zərbələri ilə nəticələnəcək. Bu, ABŞ-nin İsraili və bölgədəki Amerika qüvvələrini qorumaq üçün hava hücumundan müdafiəsini gücləndirməsini tələb edir. Buna görə də müdaxilə üçün zaman yetişməyib. 

“Al-Maidan” isə yazır ki, ABŞ Körfəz bölgəsindəki tərəfdaşları vasitəsilə İrandakı rejim ilə dialoq qurub. Belə ki, Qətər Xarici İşlər Nazirliyinin rəsmiləri dünən ABŞ-yə son razılaşma təklifini çatdırmaq üçün Tehrana səfər ediblər. 

Onlar İran tərəfinə göndərəcəkləri nümayəndə heyəti vasitəsilə Ankarada Vitkoffla görüşmək imkanı təklif ediblər. İran tərəfi bildirib ki, ABŞ tərəfindən bu ayın əvvəlində göndərilən razılaşmadakı 14 bənddən bəziləri qəbuledilməzdir və hətta danışıqlar mövzusu da olmayacaq. 

Bu arada İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Moskvaya səfərindən sonra 4 Rusiya yük təyyarəsi bir gündə İrana enib. Eyni zamanda, Çinə aid 8 yük təyyarəsi də son iki gündə İrana eniş edib. 

Tramp nədən ehtiyatlanır? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, Ağ Evdə İranla toqquşmaya hazırlıq və bunun doğuracağı nəticələrlə bağlı ətraflı müzakirələr aparılır: 

“Trampın İrana qarşı sərt ritorikasına və regionda hərbi güc nümayişinə baxmayaraq, Vaşinqtonun hələ də birbaşa hərbi müdaxiləyə qərar verməməsi ilk baxışda paradoksal görünsə də, əslində bu, Trampın siyasi və strateji düşüncə tərzinin məntiqi nəticəsidir. 

Tramp İrana zərbə endirməkdən qorxmur, lakin bu zərbənin doğura biləcəyi nəzarətsiz və çoxşaxəli nəticələrdən ciddi şəkildə ehtiyatlanır. Belə ki, İranla müharibə ABŞ üçün klassik bir hərbi əməliyyat deyil. Məlumdur ki, İran Yaxın Şərqdə geniş proksi şəbəkəsinə malikdir və bu da o deməkdir ki, potensial qarşıdurma yalnız iki ölkə arasında məhdudlaşmayacaq. 

“Hizbullah”ın Livandan İsrailə qarşı genişmiqyaslı hücumu, husilərin Qırmızı dənizdə ticarət yollarını bağlaması, İraq və digər ərazilərdəki İrana bağlı silahlı qrupların ABŞ bazalarına zərbələr endirməsi real ssenarilərdir. Bu isə Vaşinqton üçün təkcə hərbi yox, həm də siyasi və iqtisadi problemlər deməkdir”.

 R.Bayramov əlavə edib ki, Trampın əsas narahatlığı da məhz İrana qarşı hətta lokal xarakterli məhdud zərbələrin belə qısa müddətdə regionu tammiqyaslı müharibə meydanına çevirə biləcəyidir:

“Körfəz ölkələrində yerləşən ABŞ bazalarının İran raketləri üçün açıq hədəf olması, Hörmüz boğazının bağlanması ehtimalı və bunun qlobal enerji bazarlarına vuracağı zərbə Tramp administrasiyası üçün ciddi risk faktorlarıdır. 

Həmçinin Tramp daxili auditoriyaya iqtisadi sabitlik, Amerika üçün yeni müharibələrdən qaçmaq vədi verib və bu narrativi asanlıqla qurban vermək istəmir”. 

Tramp vaxt qazanmağa çalışır 

Ekspert vurğulayıb ki, Trampın daha ağır və sarsıdıcı zərbə üçün vaxt qazandığı ehtimalı da istisna edilməməlidir. “Müşahidələr göstərir ki, onun siyasi üslubu adətən ikimərhələli olur. Əvvəlcə maksimum təzyiq və qeyri-müəyyənlik yaradılır, bu təzyiqin müqabilində ya qarşı tərəf geri çəkilir, ya da qısa, amma çox güclü zərbə endirilir. 

Əgər belə bir ssenari reallaşarsa, bu, simvolik hücum yox, İranın hərbi infrastrukturunu, hava hücumundan müdafiə sistemlərini və komanda-nəzarət mərkəzlərini hədəfləyən genişmiqyaslı əməliyyat ola bilər. Lakin bu qərar yalnız nəticələrin idarə olunacağına dair tam əminlik yarandıqdan sonra verilə bilər”. 

R.Bayramov pərdəarxası diplomatiyanın mühüm aspekt olduğunu bildirib: 

“Vaşinqtonun Oman, Qətər və Türkiyə vasitəsilə Tehranla danışıqlar apardığı məlumdur. Bu kanallar vasitəsilə qırmızı xətlər ötürülür, eskalasiyanın həddi müzakirə olunur və İrana son diplomatik pəncərə göstərilir. Trampın “İranla ciddi danışıqlar gedir” açıqlaması da bu kontekstdə oxunmalıdır”. 

Müharibə bu halda qaçılmazdır 

R.Bayramov bildirib ki, İrana hərbi müdaxilənin baş verib-verməyəcəyi Tehranın davranışlarından asılı olacaq: 

“Ümumiləşdirərək qeyd edə bilərik ki, ABŞ-nin İrana hərbi müdaxiləsinin Yaxın Şərqi genişmiqyaslı və uzunmüddətli müharibə zonasına çevirə bilmə ehtimalı kifayət qədər böyükdür və məhz bu amil Trampı tərəddüddə saxlayır. 

Hazırkı mərhələdə Vaşinqton hərbi təzyiq, diplomatik manevr və strateji gözləmə arasında təhlükəli balans qurmağa çalışır. Bu balansın pozulub-pozulmayacağı isə indi daha çox İrandan, yəni İranın ABŞ-nin tələbləri qarşısında güzəştə gedib-getməyəcəyindən asılıdır. Əgər İran indiki mövqeyində qalacaqsa, o zaman hərbi müdaxilə qaçılmaz olacaq”. 

Yunis Abdullayev
“Cebheinfo.az”

Açar sözlər: İran Rəşad Bayramov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri