Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

“İranla ticarətdə 500 min dollardan çox mənfi saldo var” Millət vəkili

“İranla ticarətdə 500 min dollardan çox mənfi saldo var” Millət vəkili

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Bu gün BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclası keçirilə bilər. Bu Iranda baş verənlər ilə bağlı ciddi bir sinqaldır. Bəs, İrandakı son hadisələr Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?”
Bakupost.az xəbər verir ki. bu sözləri millət vəkili, iqtisadçı Vüqar Bayramov sosial şəbəkədəki statusunda yazıb.
Deputatın sözlərinə görə, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2024-cü ildə əvvəlki ilə nisbətən 25 faiz artaraq 647 milyon dollara çatıb. 2023-cü ildə bu göstərici 487 milyon dollar idi: “2025-ci ilin ilk 10 ayında isə ölkələr arasında 510 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır. 2024-cü ildə 647 milyon dollarlıq dövriyyənin 633 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. 2025-ci ilin ilk 10 ayında isə İran ilə olan 510 milyon dollarlıq dövriyyəmizin 502 milyon dolları cənubdan məhsul gətirmək hesabına formalaşıb. Həmin müddətdən cənub qonşumuza sadəcə 8 milyon dollarlıq məhsul ixrac edə bilmişik. Bu isə o deməkdir ki, İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb”.

V.Bayramov bildirib ki, deməli, İran ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var: “Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominant olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir”.
İqtisadçı sual verir ki, bu aspektdən, daha da konkretləşdirsək, İrandakı son hadisələr Azərbaycanın istehlak bazarına necə təsir göstərə bilər: “Əgər İranın ixrac imkanları məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər. Belə ki, 2025-ci ilin ilk 10 ayında Azərbaycan İrandan portağal, təzə və ya qurudulmuş (10.0 milyon dollar), qida üçün yararlı duz, yodlaşdırılmış, digərləri (9.7 milyon dollar), badımcan (7.4 milyon dollar), bibər, o cümlədən capsicum növünün və ya pimenta növünün barı (7.0 milyon dollar), kərə yağı (6.9 milyon dollar), peçenye (6.7 milyon dollar), soğan (6.1 milyon dollar), kartof (5.9 milyon dollar), yerkökü (5.1 milyon dollar), xurma, təzə və ya qurudulmuş (4.7 milyon dollar), kələm (4.5 milyon dollar), pendir (3.4 milyon dollar), təzə və ya soyudulmuş alabalıq (3.1 milyon dollar), sirkəsiz hazırlanmış və ya konservləşdirilmiş digər pomidorlar (2.6 milyon dollar), kivi (2.4 milyon dollar) və digər ərzaq məhsulları idxal edib”.
V.Bayramov qeyd edir ki, nə qədər təəccüblü görünsə də, idxalda əsas ağırlıq tikinti və sənaye məhsullarının payına düşüb: “Sözügedən müddətdə İrandan azot (68,4 milyon dollar), arqon (48.6 milyon dollar), mərmərin dənəvərləri, qırıntıları və tozu (17.5 milyon dollar), kvarsit (14.5 milyon dollar), abidə və tikinti daşlarının dənəvərləri, qırıntı və tozu (12.3 milyon dollar), ağ portlandsement (8.1 milyon dollar), təbii barium sulfatı (9.4 milyon dollar), hipoxloritlər, xloritlər və hipobromitlər (5.9 milyon dollar), natrium-hidroksid, kaustik soda (5.0 milyon dollar), dinatrium karbonat (4.7 milyon dollar) və digər qeyri-ərzaq məhsulları idxal olunub”.
“Göründüyü kimi, İrandan ərzaq məhsulları ilə müqayisədə daha böyük məbləğlərdə sənaye və tikinti məhsulları idxal edilir. Təbii ki, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır. Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.
Bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Çünki, Azərbaycanın illik idxalının 3.0, ərzaq idxalının isə cəmi 2,7 faizi İranın hesabına formalaşır. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır”, – deyə millət vəkili paylaşımını yekinlaşdırıb.
Gülsüm, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri