İranlı general ABŞ ın quru hücumu iddialarını rədd etdi: Bir xəyaldır!
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İran Sərhəd Mühafizəsi Komandanı, briqada generalı Əli Əkbər Cavidan ABŞ-ın İrana quru hücumu planlaşdırdığı barədə iddiaları “saf xəyal” adlandırıb.
Turkustan.az xəbər verir ki, Cavidan “Tasnim”ə açıqlamasında belə bir ehtimalın mövcud olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ-ın quru əməliyyatı keçirəcəyi ilə bağlı iddialar düşmənlərin dəfələrlə yaydığı əsassız fikirlərdən ibarətdir.
“Bu cür ifadələr əsasən xəyal məhsuludur. Düşmənlərin hərəkətləri heç vaxt ölkənin nüfuzuna və təhlükəsizliyinə xələl gətirə bilməz”, – deyə Cavidan bildirib.
İranlı general ABŞ və İsrailin başlatdığı müharibə zamanı bir sıra komandir və generalların öldürüldüyünü, lakin bunun silahlı qüvvələrin strukturu və əməliyyat qabiliyyətinə ciddi təsir göstərmədiyini iddia edib.
Cavidan İran sərhədçilərinin istənilən hücuma “tam hazır” olduğunu vurğulayıb.
“Ölkənin sərhədləri təhlükəsiz və sabitdir. Sərhədçilər mövqelərdə yerləşdirilib və İran ərazisinə hər hansı hücuma icazə verməyəcəklər”, – deyə o bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Avqust 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















