İranlı general: Quru əməliyyatları ABŞ yə baha başa gələcək
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranda quru əməliyyatına başlayacağı təqdirdə ABŞ-ni ciddi itkilər gözləyir. Bu, Amerika əsgərlərinin kütləvi şəkildə əsir götürülməsinə səbəb olacaq.
Teleqraf "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəğdi bildirib.
Nəqdi həmçinin bölgədəki Amerika hərbi gəmiləri üçün təhlükə barədə xəbərdarlıq edib. O, iddia edib ki, çoxlu sayda əsgər daşıyan gəmiyə hücum ABŞ daxilində çoxlu sayda itkiyə və ciddi nəticələrə səbəb ola bilər. Generala görə, Vaşinqton İordaniya, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki qüvvələrinin itkiləri ilə bağlı real məlumatları gizlədib.
Nəğdi İranın bölgədəki Amerika bazalarına və yüzlərlə hərbi obyektə zərbələr endirdiyini, helikopterlərini, qırıcılarını, dronlarını məhv etdiyini vurğulayıb.
General iddia edir ki, ABŞ-ın İran siyasi sistemini devirmək və ölkəni bölmək kimi ilkin məqsədləri uğursuz olub: "Tehran öz nailiyyətləri arasında təkcə hücumların dəf edilməsini deyil, həm də İranın beynəlxalq mövqelərinin möhkəmləndirilməsini görür".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 15 Oktyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















