İranlı general: Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü, briqada generalı Əbülfəzl Şikarçi ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatları ilə bağlı sərt xəbərdarlıq edib.
Bizim.Media “Fars” agentliyinə istinadən xəbər verir ki, Şikarçi bildirib ki, Vaşinqtonun İrana qarşı yeni hücumu əvvəlkilərdən daha dağıdıcı nəticələr doğura bilər.
Onun sözlərinə görə, belə bir addım ABŞ üçün gözlənilməz ssenarilər yaradacaq və Vaşinqton yenidən “bataqlığa sürüklənəcək”.
Digər tərəfdən, İranın Ali lideri Müctəba Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti də ABŞ Prezidenti Donald Trampın Tehranla bağlı açıqlamalarına münasibət bildirib.
Vilayəti qeyd edib ki, “İsrailin ipi ilə quyuya enməyin ağır bədəli var”.
O, Tramp administrasiyasının Təl-Əvivin təxribatları nəticəsində strateji tələyə düşdüyünü deyib.
İran rəsmisi həmçinin Vaşinqtonda Tehranla bağlı “səhv hesablamaların” aparıldığını bildirərək, regionda artan gərginliyin təhlükəli nəticələr doğura biləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media
Baxış sayı:189
Bu xəbər 17 May 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















