Icma.az
close
up
RU
İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? Özü açıqladı

İranlı güləşçi niyə Azərbaycan millisini seçdi? Özü açıqladı

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran yığmasından ayrılaraq Azərbaycan millisinə keçən güləşçi Əmirrza Məsumi sosial şəbəkə hesabında paylaşım edib.

Teleqraf xəbər verir ki, 21 yaşlı idmançı qərarınının səbəbini açıqlayıb.

"21 yaşıma qədər İran milli komandasının üzvü olmuşam və doğulub boya-başa çatdığım ölkənin bayrağını qürurla daşımışam. Bu müddət ərzində 17, 20 və 23 yaşlılar arasında keçirilən dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmağa müvəffəq olmuşam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərimə və məni hər zaman dəstəkləyən hər kəsə səmimi qəlbdən təşəkkür edirəm.

Bu gündən etibarən idman karyeramda yeni bir mərhələ başlayır. Artıq Azərbaycan milli komandasının üzvüyəm.

Təəssüf ki, sosial şəbəkələrdə bu keçidin əsas səbəbinin maliyyə olduğu iddia edilir. Lakin bu iddia həqiqəti əks etdirmir. Düzdür, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım, amma Azərbaycanın idmana peşəkar baxışı, güləş aləmindəki əfsanəvi simaların və dostlarımızın burada olması, həmçinin ilk gündən göstərilən səmimi və hörmətli münasibət qərarımda həlledici rol oynadı. Hesab edirəm ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət, peşəkar karyeramda daha böyük uğurlara imza atmağım üçün lazımi imkanı yaradır.

Mənə göstərdikləri böyük etimada görə Azərbaycan Güləş Federasiyasına, isti və səmimi qarşıladıqları üçün isə Azərbaycan xalqına dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq üçün var gücümlə çalışacaq və bütün diqqətimi beynəlxalq arenalarda yeni zəfərlər qazanmağa yönəldəcəyəm", - deyə Məsumi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Dekabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see415

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see264

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see255

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see253

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see251

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see239

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see235

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see232

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see230

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see225

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see223

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see219

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see215

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see213

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see211

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see210

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see205

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see198

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see197

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri