İranlı güləşçi yarımfinala gecikdi, məğlub elan edildi
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın 45 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Bakıda təşkil olunan dünya birinciliyinin yarımfinal görüşünə gecikdiyi üçün Azərbaycan təmsilçisi qələbə qazanıb.
Modern.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatında yarımfinal mərhələsinə vəsiqə qazanan Armin İsmaili nəzərdə tutulan vaxtda arena zalına çata bilməyib.
Nəticədə vaxtında xalçaya çıxmayan idmançının rəqibi – Azərbaycan təmsilçisi qalib elan olunub. İran mətbuatının iddiasına görə, hadisə idmançını daşıyan avtobusun zala vaxtında çata bilməməsi səbəbindən baş verib.
Görüşə qatıla bilməyən A.İsmaili final şansını itirərək bürünc medal uğrunda təsəlliverici qarşılaşmada mübarizə aparmalı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 28 İyul 2026 22:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















