İranlı seysmoloqdan xəbərdarlıq: “Güclü zəlzələlərə hazırlıqlı olun”
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın Gilan vilayətində son iki gündə 14 zəlzələ qeydə alınıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İran Seymoloji Mərkəzi açıqlama yayıb.
Məlumatda deyilir ki, zəlzələlərin sayının intensivləşməsi və şiddət səviyyəsinin artması Xəzər dənizindən keçən fay xəttində qırılmaların çoxalması ilə bağlıdır.
İranın “Mehr” Agentliyinə açıqlama verən Rəşt Seymoloji Mərkəzin rəhbəri Əhməd Şəkərzadə deyib ki, Xəzər dənizinin dibindən keçən fay xəttində qırılmaların çoxalması onun dayazlıqda yerləşdiyinin göstəricisidir. Çəbəksardan Astaraya qədər böyük bir ərazidə müşahidə aparadıqlarını bildirən seymoloq güclü zəlzələlərin olacağını da istisna etməyib. “İndiyə qədər ən güclü təkan 3.7 bal gücündə olub. Lakin Xəzərin dibindən keçən fay xəttindəki qırılmaların çoxalması, həm zəlzələlərin sayını artıracaq, həm də şiddətini yüksəldəcək”.
Şəkərzadə Xəzər sahilində yerləşən yaşayış məntəqələrinin sakinlərinə və yerli qurumların da hazırlıqlı olmasına çağırış edib. “İnsanlara, yardım və xidmət orqanlarına sakitliyi qorumaqla yanaşı, mümkün zəlzələlərə qarşı lazımi hazırlıqların olması tövsiyə olunur”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 11 İyul 2025 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















