Icma.az
close
up
RU
Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

Seysmoloqdan XƏBƏRDARLIQ: Azərbaycanda güclü təkanlar ola BİLƏR

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Aprelin 8-i Xəzər dənizində 5.3 maqnitudada baş verən zəlzələ istər-istəməz bütün layları, blokları tərpədib. Ona görə də afterşoklar davam edəcək".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, həmin zəlzələdə 500-dən çox təkan baş verib: "Bu say heç də az deyil. Güclü enerji boşalması gedib. Ona görə də bu proses hələ davam edəcək. Əhali qorxmasın, bu xırda təkanlardır. İçərisində lap güclüsü, maqnitudası 5-dən çox olan zəlzələ ola bilməz. 3-dən yuxarı ola bilər. Ona görə də əhali tərəfindən hiss oluna bilər, ancaq qorxulu heç nə yoxdur. Orada seysmiklik fon səviyyəsinə düşənədək afterşoklar davam edəcək".

Qurban Yetirmişli zəlzələlərin baş vermə səbəbinə aydınlıq gətirib:

"Yerin daxilində hərəkətdə olan tektonik piltələr var. Bu piltələr daxilində baş verən parçalanmalar kiçik və böyük bloklara bölünür. Onların da öz hərəkətləri var. Orada gedən hərəkətlər nəticəsində tektonik blok qırılmalar piltələri parçalayaraq aralayıb. Bunların həm horizontal, həm də vertikal hərəkətləri var. Sıxılma gedir, gərginlik toplanır, güclü parçalanma baş verir. Biz ona zəlzələ ocağı deyirik. Parametrləri müəyyən edirik. Orda enerji ayrılması gedir. Digər tərəfdən də layların genişlənməsi baş verir. O parçalanma nəticəsində laylar dəstəsi düşür. Dalğa formasında bütün mühitə yayılır. Bu tərpənmə nəticəsində xırda parçalanmalar əmələ gəlir. Nəticədə afterşoklar hesabına enerji boşalması gedir".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri