Icma.az
close
up
RU
İranlı siyasətçi: Trampın vədlərinə güvənə bilmərik

İranlı siyasətçi: Trampın vədlərinə güvənə bilmərik

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"Amerikalıların və xüsusilə də Trump'ın vədlərinə çox güvənə bilmərik".

Bizimyol.info xəbər verir ki, bunu İran İslamı Mütəlifi Partiyası Mərkəzi İdarə Heyətinin üzvü Həmid Rıza Tərakki, Omanda şənbə günü baş tutacaq İran ilə ABŞ arasında dolaylı danışıqlar barədə "Mehr" xəbər agentliyinə açıqlama verərək söyləyib:

"İran xalqına qarşı ədalətsiz sanksiyaların əsas məsuliyyətini daşıyan və İranın sülh məqsədli nüvə fəaliyyətlərini qəsdən qeyri-sülh məqsədli şəkildə təqdim edən ABŞ ilə vasitəçilərlə danışıqlar, mövcud şəraitdə və İranın danışıq metodunu qəbul etməsi ilə yanaşı, ölkəmizin nüvə texnologiyalarına dair daxili və xarici psixoloji təzyiqlərin yüngülləşdirilməsində mühüm rol oynaya bilər", - deyə o  bildirib.

Tərakki: "Amerikalıların vədlərinə çox güvənə bilmərik, xüsusilə Trampın sözlərinə bel bağlaya bilmərik. Amma danışıqların özü, İran xalqının bu cür məsələləri həll etmək üçün hər zaman öz dini dəyərləri çərçivəsində danışıqlara hazır olduğunu göstərməsinə sübutdur. Əgər bu günə qədər ABŞ ilə edilən görüşlər nəticəsiz qalmışsa, bu, ABŞ rejiminin sözünə əməl etməməsi və danışıqlar prinsiplərinə riayət etməməsindən irəli gəlir. Hökumət, sanksiyaların aradan qaldırılması və nüvə məsələsi başda olmaqla problemləri həll etmək üçün əlindən gələni edir. Bu danışıqlar, xalqın ABŞ-ın həqiqi təbiətini daha yaxşı anlaması və düşmənçiliklərini daha aydın görməsi üçün bir fürsət olacaqdır", - deyə qeyd edib.

Tərakki əlavə olaraq: "Bizim sistemimizin inkişafı, irəliləyişi və yüksəlişi, öz imkanlarımız və daxili qabiliyyətlərimizə əsaslanır. Başqalarına güvənməməli və ya taleyimizi dünyadakı hökmran güclərin istəkləri ilə birləşdirməməliyik", - bildirib.

İran-ABŞ danışıqlarının regional məsələlər, xüsusilə də Siyonist rejimi üzərindəki təsirinə toxunan Tərakki: "Təbii ki, Siyonist rejimi, İran və ABŞ arasındakı problemlərin həllinə qarşı çıxacaq və düşmənçilikləri qızışdırmağa çalışacaqdır. Əgər amerikalılar, İranın nüvə fəaliyyətlərinin sülh məqsədli olduğuna və nüvə bomba istehsalına yönəlmədiyinə inansalar, bu, İsrailin mövqeyinə böyük zərbə vuracaqdır", - deyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri