Icma.az
close
up
RU
İranlı ekspertlərdən Azərbaycana dair əsassız ittiham: “Güvənə bilmərik”

İranlı ekspertlərdən Azərbaycana dair əsassız ittiham: “Güvənə bilmərik”

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məlum olduğu kimi, İran Azərbaycan üzərindən keçməklə Rusiyandan qaz xətti çəkməyə çalışır.

Tribunainfo.az xəbər verir ki, Tehran və Moskva arasında bununla bağlı bir qədər əvvəl razılaşma əldə edilib.

Qeyd edək ki, bu razılaşmaya əsasən İran özünün şimal əyalətlərini qazla təmin etmək üçün Rusiyadan 55 milyard kub metr qaz almaq niyyətindədir. Bundan başqa, Tehran bu kəmər vasitəsi ilə Türkiyəyə də qaz nəql etmək fikrindədir.

Amma görünən odur ki, Pezeşkian hökumətindən fərqli olaraq, İrandakı bəzi siyasi dairələr bu məsələdən məmnun deyillər. Bunun yansıması isə yerli mediada artıq özünü göstərməyə başlayıb.

Ekspert Mürtəza Behruzifar İLNA Agentliyinə verdiyi açıqlamasında qeyd edib ki, 55 milyard kubmetr qazın Azərbaycan üzərindən ötürülməsi üçün boru kəməri tikilməlidir.

O hesab edir ki, Rusiyadan alınacaq qazın Türkiyəyə tranzit olunmasının heç bir mənası yoxdur. “Çünki  yaxın bir neçə ildə Türkiyə nəinki idxala ehtiyac duymayacaq, həm də qaz ixracatçısına çevriləcək”.

Behruzifar qeyd edib ki, İranın yeganə yolu ölkəyə idxal olunan qazı LNG-yə çevirməkdir. “Bu da ölkədə LNG qurğularının olmaması səbəbindən qısa müddətdə mümkün deyil”.

İranlı ekspert Azərbaycana da toxunub. O deyib ki, Tehranın Bakı ilə İsrail məsələsində problemi var. “Bizim İsrailə yaxın olan Azərbaycanla problemimiz var. Başqa bir məsələ də odur ki, enerji təhlükəsizliyini potensial problemimiz olan bir ölkəyə bağlamaq çətin məsələdir. Azərbaycanın bu qazı 10 milyard kubmetr qazdan asılı vəziyyətə salmaq istəməsinə haqq qazandırmaq olmaz. Hər an qışda bizə problem yarada bilərlər”.

Tribunainfo.az xəbər verir ki, digər iranlı ekspert Mirqasim Mömini isə qeyd edib ki, İranın problemi qazın nəqli, Azərbaycanın qaz ixracı və neft ixracının özüdür. “Bakı-Tbilisi-Ceyhan və Gürcüstan da daxil olmaqla bir neçə boru kəməri vasitəsilə neft və qazı başqa ölkələrə ötürür. Ona görə də sual ondan ibarətdir ki, biz Rusiyadan və Azərbaycan vasitəsilə qazı necə idxal etmək istəyirik”.

Mömini hesab edir ki, Zəngəzur kimi bəzi məsələlərdə arada olan fikir ayrılıqlarına görə, Azərbaycanla kəmər müqaviləsi uzunmüddətli olmalı və siyasi təhlükəsizlik də olmalıdır. “Biz siyasi, sanksiya məsələlərini, Azərbaycanla münasibətlərin şərtlərini də nəzərə almalıyıq. Çünki Azərbaycanın şimalından, qaz xətti ilə Azərbaycandan asılı olan və ya olmayan səbəbdən problem yarana bilər. Ona görə də, bir marşrutdan asılı olmamalıyıq”.

Mömeni bir qədər də irəli gedərək, Azərbaycana şər atmaqdan da çəkinməyib. “Necə ki, Ukrayna həmişə müxtəlif bəhanələrlə Rusiya qazını Avropaya nəqlini dayandırmağa və ya gecikdirməyə çalışıb, Azərbaycan da analoji addımı ata bilər”.

Fərda Uğur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 May 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri