İraq aprel ayında Hörmüz vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İraq aprel ayında Hörmüz boğazı vasitəsilə təxminən 10 milyon barel neft ixrac edib.
"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu İraqın neft naziri Basim Məhəmməd bildirib.
Qeyd edilib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlamazdan əvvəl İraq bu marşrutla ayda təxminən 93 milyon barel ixrac edib.
Bundan başqa, nazirin sözlərinə görə, İraq Kərkük-Ceyhan boru kəməri vasitəsilə neft ixracını davam etdirir:
"Biz Ceyhan limanı vasitəsilə gündəlik 200 min barel ixrac edirik və bu həcmi gündəlik 500 min barelə çatdırmağı planlaşdırırıq".
B.Məhəmməd əlavə edib ki, İraq həmçinin ölkənin hasilat və ixrac imkanlarını artırmaq üçün OPEC ilə əməkdaşlıq etmək niyyətindədir. Bağdad istehsal gücünü sutkada 5 milyon barel neftə çatdırmağı nəzərdə tutur.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 16 May 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















