Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft keçir Kris Rayt
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Hazırda Hörmüz boğazından sutkada təxminən 13 milyon barel neft daşınır.
"Report"un məlumatına görə, bunu ABŞ-nin energetika naziri Kris Rayt "Fox News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçiləri bu strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neft, təbii qaz, neft məhsulları və gübrələrin daşınmasına yardım göstərir.
"Ötən həftə günlərin birində boğazdan 20 milyon bareldən çox neft keçib. Bu, münaqişə başlamazdan əvvəlki göstəricidən çoxdur. Bu gün orta göstərici sutkada təxminən 13 milyon bareldir", – deyə Rayt bildirib.
Qeyd edək ki, bundan əvvəl Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyinin ABŞ-İran münaqişəsindən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75 faiz aşağı olaraq qaldığını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 27 Sentyabr 2026 08:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















