İraq güclənir: müdafiə sistemi, helikopterlər...
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyadan alınmış müasir hava hücumundan müdafiə sistemi yaxın zamanlarda İraqa gətiriləcək.
Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Təhlükəsizlik məsələləri ilə bağlı Media Məlumat Mərkəzinin rəhbəri general Təhsin əl-Xəfaci məlumat verib.
O qeyd edib ki, hava hücumundan müdafiə, hərbi hava qüvvələri və hərbi aviasiya sahələrində imzalanmış müqavilələr bu il icra olunacaq. Həmçinin bildirib ki, Fransadan çoxməqsədli helikopterlərin alınması ilə bağlı müqavilə var. Bu helikopterlər hava qüvvələrinin daşınması, hədəflərin müəyyən edilməsi və quru qüvvələrinə logistik dəstək göstərilməsi məqsədilə istifadə ediləcək.
Eyni zamanda, İraqa müasir radarlar da çatdırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Yanvar 2025 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















