Icma.az
close
up
RU
Stres və insanın müdafiə sistemi

Stres və insanın müdafiə sistemi

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın keçmişimizdən başlayaraq “stess” sözü ancaq elmi anlayış olmaqdan kənara çıxaraq, bizim gündəlik həyatımıza daxil olmuşdur.

Bu sözü, əksər hallarda, keçirilmiş sarsıntı, pis hadisə, qorxu hissiyyatı barədə danışarkən işlədirlər. Bu düzdür, ancaq dəqiq deyil. “Stress” sözü elmi leksikona məşhur Kanada alimi Hans Selyenin sayəsində (1936-cı il) daxil olmuşdur. O, “stress” sözününün mənasını, fövqaladə vəziyyətlərdə orqanizmin müdafiə qüvvələrinin səfərbər edilərək gərginləşməsi reaksiyası kimi müəyyən etmişdir.

Saglamolun.az bildirir ki, stess – müxtəlif növ təsirlər (sevinc, qoxu, qəm-kədər, ağrı, soyuq, zəhərlənmə, travma, cərrahi əməliyyatlar və s.) nəticəsində yarana bilər. H.Selye stressin 3 fazasını qeyd edir:

- qısamüddətli təşviş fazası (gərginləşmə və ya aktivasiya);

- rezistentlik (davamlılıq) fazası;

- üzülmə (tükənmə) fazası.

Birinci və ikinci fazalarda orqanizm öz daxili imkanlarını aktivləşdirir. Bu isə ona ətraf mühitdə qəflətən yaranan qeyri-adi dəyişikliklərə uyğunlaşmağa kömək edir.

Alimlərin fikrinə görə qısamüddətli dərin olmayan stresslər (imtahan verilməsi, böyük auditoriya qarşısında çıxış etmək, işə götürülərkən müsahibədən keçmək, lotereyada nə isə udmaq və s.) ümumiyyətlə götürdükdə, həm orqanizmin imkanlarını, həm də immun sistemini aktivləşdirərək, sanki yaxşı mənada onun üçün məşq, təlim rolunu oynayır. Ona görə də bir çox ölkələrin alimləri belə bir fikrə gəlmişlər ki, orta dərəcədə olan stresslər, nəinki hüceyrələrin qocalmasını ləngidir, həmçinin yaşla əlaqədar olan bir çox xəstəliklərinin profilaktikasına xidmət edir.

Bəs, qısa müddətli orta dərəcəli stress orqanizmə necə təsir edir?

Qanda olan ağ və qırmızı qan cisimciklərinin mənbəyi sümük iliyidir ki, buradan – sanki bankdan, orqanizm bu hüceyrələri "yetişməmiş" halda alır. Bu hüceyrələr isə sonradan yetkin limfositlərə və digər qan hüceyrələrinə çevrilirlər. Orta dərəcəli stresslər zamanı immun və qanyaratma sistemləri öz işlərini yerinə yetirmək üçün daha çox sayda hüceyrələr (limfositlər, leykositlər və s.) alır.

Yüngül stesslər mikrobların təbii qatillərinin də (“təbii killerlər” adlanan) işinə müsbət  təsir edir. Bu immun sistemi hüceyrələri orqanizm üçün “yad” olan hüceyrələri tanıyaraq onları məhv edir. Təbii killerlər – orqanizmin şiş xəstəliklərindən qorunmasında da ilk maneə rolunu oynayırlar. Onlar şiş hüceyrələrini tanıyaraq onları məhv edir, onların çoxalaraq xətçəng xəstəliyinə keçməsinə imkan vermirlər. Orqanizmin məruz qaldığı yüngül stresslər zamanı, bədəni yorulmadan və daim səkildə qoruyan bu müdafiəçilərin (“təbii killerlərin”) aktivliyi də artmış olur.

Lakin stress uzun müddət ərzində davam edərsə, onun üçüncü - üzülmə (tükənmə) fazası başlayır. Bu isə insanın sağlamlığında müxtəlif problemlərin - məsələn, ürəyin işemik xəstəliyi, hipertoniya, qastrit, allergik reaksiyalar, maddələr mübadiləsi pozulmaları, ikincili immunodefisit və s. bu kimi digər xəstəliklərin inkişaf etməsi təhlükəsinin yaranmasına səbəb ola bilər. Uzun sürən bu stresslər zamanı, həmçinin orqanizmdə olan digər xəstəliklərin kəskinləşməsi də baş verə bilər.

Xroniki stress anlayışı nə deməkdir? Sadə dildə desək, xroniki streslər o zaman inkişaf edir ki, müxtəlif səbəblər üzündən insan uzun müddət onun üçün mürəkkəb hesab edilən vəziyyətdən çıxış yolunu heç cür tapa bilmir. Belə vəziyyətlərə bir neçə misal da çəkmək olar. Məsələn: insana onun hazırkı işi xoş gəlmir, ancaq o, başqa iş tapa bilmədiyi üçün bu işlə məşğul olmağa məcburdur; ailə cütlüyü arasında uzun müddət ümumi qarşılıqlı anlaşma olmasa da, onlar uşaqlarına görə nigahlarını poza bilmirlər, insan yaxın adamını itirməsi ilə heç cür barışa bilmir və s.

Sübut olunmuşdur ki, xroniki stess – hüceyrə səviyyəsindən başlayaraq ən ali formalarına qədər olmaqla, immun sisteminin funksiyalarına xeyli dərəcədə mənfi təsir göstərir. Aparılan yeni tədqiqatların nəticələrinə əsasən, stressin təsiri nəticəsində bağırsaqlarda olan bakteriyaların tərkibi də dəyişilir ki, orqanizmi üçün faydalı olan bakteriyaların səviyyəsi azalır və əksinə təhlükəli bakteriyaların səviyyəsi artır. Bunun nəticəsində isə mədə-bağırsaq sisteminin fəaliyyəti pozulur və immun sistemində müəyyən problemlər yaranır. Nəticədə mədə-bağırsaq sistemində olan müdafiə sistemi zəifədiyi üçün bu allergiyalara, bağırsaq infeksiyalarına və s. xoşagəlməz hallara gətirib çıxarır.

Bu zaman immun sisteminin ali hüceyrələri olan limfositlərin hazırlanması da zəifləyir və həmçinin onların aktivliyi azalır.
Uzunmüddətli xroniki streslər insanın immun sisteminə artıq dərəcədə mənfi təsir edir. Bu zaman qanda leykositlərin sayı kəskin azalır və onların bərpa olunması bəzən uzun müddətdən sonra mümkün olur. Bildiyiniz kimi, leykositlərin bir hissəsi faqositozda aktiv iştirak edir və onların azalması nəticəsində immun sistemi də zəifləmiş olur.

Nəticədə, uzun müddət ərzində stress vəziyyətində olan insanlar infeksion və iltihabi xəstəliklərlə daha tez-tez xəstələnirlər.

Xroniki stresslərin təsiri nəticəsində xərçəng hüceyrələri ilə mübarizə aparan “təbii killerlərin” də aktivliyi xeyli dərəcədə zəifləmiş olur ki, bu da orqanizmdə xərçəng şişlərinin inkişaf etməsinə səbəb ola bilər. Məhz buna görə, müxtəlif şiş xəstəliklərinin inkişaf etməsinin risk faktorlarından danışarkən, həkimlər mütləq xroniki stressləri də qeyd edirlər.
Əlbəttə ki, heç bir emosiyasız yaşamaq olmaz. Ancaq bunun da müəyyən bir həddi olmalıdır. Əgər stess vəziyyətləri günbəgün, ildən ilə təkrar olunarsa, insanın orqanizmi məhv olmağa başmayır. Əgər siz streslə mübarizə apara bilmirsinizsə və xeyli əziyyət çəkirsinizsə, heç nədən çəkinmədən həkimə müraciət edin.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri