İraq hökuməti qanunsuz birləşmələrdən sentyabrın 30 dək tərk silah olmağı tələb edib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İraqın ali siyasi rəhbərliyi ölkədə fəaliyyət göstərən qanunsuz silahlı qruplaşmalardan sentyabrın 30-dək silahı yerə qoymağı tələb edib, tərk-silah tələbinin yerinə yetirilməməsi terrorçuluq ittihamları ilə nəticələnəcək.
XQ xəbər verir ki, bu barədə "The National" qəzeti məlumat yayıb.
Müvafiq bəyanat hökumətə daxil olan şiə, sünni və kürd siyasi qüvvələrini birləşdirən Dövlət İdarəetmə Koalisiyasının iclasının yekunlarına əsasən qəbul edilib.
Koalisiya hökumətin təhlükəsizliyin təmin edilməsi və silahlar üzərində dövlət inhisarının qorunub saxlanılması səylərini dəstəklədiyini təsdiqləyib. Bəyanatda həmçinin vurğulanır ki, İraq ərazisi qonşu ölkələrə hücumlar etmək və ya ölkəni onun maraqlarına cavab verməyən münaqişələrə cəlb etmək üçün istifadə olunmamalıdır.
Hökumət silahlı birləşmələrin tərk-silah edilməsi üçün 30 sentyabrı son tarix kimi müəyyən edib. Bu tarix 2024-cü ildə Bağdad və Vaşinqton arasında imzalanmış sazişdə nəzərdə tutulan ABŞ qoşunlarının ölkədən çıxarılmasının başa çatma müddəti ilə üst-üstə düşür.
Koalisiyadan bildirilib ki, sentyabrın 30-dan sonra dövlət strukturları çərçivəsindən kənar hər hansı silahlı fəaliyyət antiterror qanunvericiliyinə uyğun olaraq nəzərdən keçiriləcək.
Sənəddə həmçinin qeyd olunur ki, bu cür fəaliyyəti davam etdirən şəxslər qanun pozucusu hesab ediləcək və məsuliyyətə cəlb olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 06 Avqust 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















