Icma.az
close
up
RU
İraq hökuməti Türkiyə şirkətlərini Mosula dəvət edib

İraq hökuməti Türkiyə şirkətlərini Mosula dəvət edib

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


İraq hökuməti 2014-2017-ci illər arasında terror təşkilatı İŞİD-in işğalı zamanı böyük dağıntılara məruz qalan Mosul şəhərinin yenidən qurulması üçün Türkiyənin “qapısını döyüb”.
Reyting.az
xəbər verir ki, Mosulun yenidən qurulmasına başlayan İraq, Türkiyənin gündəmində olan müxtəlif layihələrin və investisiya imkanlarının Mosulda həyata keçirməsini istəyir.
İraq hökuməti Mosulun köhnə şəhərinin çay kənarının təşkili və abadlaşdırılması üçün tikintidə türk şirkətlərinin etibarlılığını vurğulayaraq, onların burada iş görməsi üçün Türkiyə Ticarət Nazirliyinə müraciət edib.
Mosuldakı köhnə şəhərin çay kənarının təşkili və bərpası Dəclə çayı sahillərində 82 min kvadratmetr ərazinin və çay kənarında gəzinti sahələri, idman sahəsi, park sahəsi, otel, bağça və digər əhəmiyyətli tikililərin bərpasını əhatə edir. Buraya 247 tarixi evin və Osmanlı qalasının bərpası da aiddir.
İraq hökuməti 600 çarpayılıq xəstəxanadan stadiona, hava limanının tikintisindən körpünün bərpasına, kanalizasiya sistemlərindən kamera izləmə sistemlərinə, sosial sahələrdən tutmuş bir çox sahədə türk şirkətlərinin bilik və təcrübəsindən faydalanmaq istədiyini bildirib. Tenderə çıxarılacaq tikililər arasında otellər və inşası davam edən Mosul Hava Limanını türk şirkətləri quracaq.
İraqın Ticarət Nazirliyi göndərdiyi məktubda Mosuldakı ictimai qurum və təşkilatların və iş adamlarının iki ölkə arasındakı tarixi və mədəni yaxınlığa görə Türkiyə və Türk şirkətlərinə üstünlük verəcəyi və hər cür rahatlığın təmin ediləcəyi bildirilib. Türk şirkətlərinin inşaat mərhələsindən sonra bütün bu sahələrdə operator olaraq fəaliyyət göstərə biləcəyi də vurğulanır.
V. QULİYEV

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://reyting.az
archiveBu xəbər 11 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri