İraq millisi DÇ 2026 pley off oyununun təxirə salınmasını istəyir
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İraq millisinin baş məşqçisi Qrem Arnold DÇ-2026-nın pley-off matçının təxirə salınmasına çağırış edib.
İdman.Biz xəbər verir ki, o, bunu qonşu İranda baş verən hərbi gərginlik səbəbindən yaranan nəqliyyat və uçuş problemləri ilə əlaqələndirib.
Martın 31-də İraq millisi Meksikanın Monterrey şəhərində Boliviya – Surinam cütünün qalibi ilə dünya çempionatına vəsiqə uğrunda qarşılaşmalıdır. Lakin fevralın 28-də ABŞ və İsrailin İrana hava zərbələri endirməsindən sonra regionda vəziyyət gərginləşib və İraqın hava məkanı bağlanıb.
Arnold bildirib ki, komandanın son 40 ildə ölkə üçün ən vacib oyunlardan birinə ən güclü heyətlə hazırlaşması üçün matçın təxirə salınması daha doğru olardı. O, həmçinin təklif edib ki, əvvəlcə Boliviya ilə Surinam qarşılaşsın, İraq isə qaliblə dünya çempionatından bir həftə əvvəl ABŞ-da üz-üzə gəlsin.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 09 Mart 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















