İbrahima Konate Liverpul un oyununun təxirə salınmasını istəyir
Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Liverpul"un müdafiəçisi İbrahima Konate İngiltərə Premyer Liqasının Fransa Liqa 1-dən nümunə götürərək izləyərək Çempionlar Liqasının həlledici mərhələlərində mübarizə aparan komandaların oyunlarını təxirə salmasını istəyir. Sport24.az xəbər verir ki, təcrübəli futbolçu bununla bağlı RMC-yə açıqlama verib:
"Bu, ardıcıl ikinci dəfədir. Keçən il də eyni halla qarşılaşdıq. Premyer Liqa rəsmilərinin də eyni addımı atmasını istərdim. Bu, onlar üçün yaxşıdır. Liqa rəhbərliyi Paris klubunun Çempionlar Liqasında uğur qazanmalarına kömək edir. Ümid edirəm ki, Premyer Liqa gələcəkdə, ya da bu mövsüm Çempionlar Liqasında oynayan komandalar üçün də eyni şeyi edəcək".
Qeyd edək ki, Fransa çempionatının 29-cu turu çərçivəsində, aprelin 11-də keçirilməsi planlaşdırılan "Lans" - PSJ matçı, parislilərin aprelin 14-də "Enfild"də "Liverpul"a qarşı Çempionlar Liqasının dörddəbir finalının ikinci oyununa daha yaxşı hazırlaşması üçün təxirə salınıb.
Tərəflər arasında baş tutan ilk PSJ-nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 09 Aprel 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















