Icma.az
close
up
RU
İraqla Suriya arasında neft kəməri 20 ildən sonra bərpa oluna bilər

İraqla Suriya arasında neft kəməri 20 ildən sonra bərpa oluna bilər

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 avqust, AZƏRTAC

İraq Baş nazirinin ofisindən verilən açıqlamaya görə, İraq və Suriya iki ölkə arasında Kərkük-Bəniyas neft kəmərinin bərpasını müzakirə ediblər. Məlumata görə, danışıqlar Bağdadda İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani ilə Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir arasında aparılıb.

AZƏRTAC SANA agentliyinə istinadla xəbər verir ki, tərəflərin verdiyi bəyanata görə, görüşdə “ikitərəfli münasibətlərin perspektivləri və onların müxtəlif sahələrdə, xüsusilə enerji sektorunda hər iki qardaş xalqın mənafeyinə xidmət edəcək şəkildə inkişaf etdirilməsi yolları nəzərdən keçirilib”.

Tərəflər, həmçinin “hökumətin ixracat məntəqələrinin şaxələndirilməsi səyləri çərçivəsində planlaşdırdığı layihələrdən biri kimi neft kəmərinin vəziyyətini qiymətləndirmək və onun bərpası variantlarını araşdırmaq üçün birgə texniki komitənin yaradılması fonunda Kərkük-Bəniyas boru xəttinin bərpası imkanlarını” müzakirə ediblər.

Kərkük-Bəniyas boru kəməri Kərkükün neft yataqlarından xam nefti Aralıq dənizindəki Suriyanın Bəniyas limanına nəql etmək üçün 1952-ci ildə inşa edilib. Daha sonra ABŞ-ın İraqa müdaxiləsi zamanı ciddi ziyana uğrayan kəmər 2003-cü ildə tamamilə sıradan çıxıb. Boru xətti o vaxtdan bəri təmir olunmayıb və istismar edilməyib.

Danışıqlar əsnasında, həmçinin Aralıq dənizi sahillərində neft və neft-kimya sənayesi layihələrini inkişaf etdirmək üçün birgə imkanlar, eləcə də iqlim dəyişikliyi ilə mübarizə və Fərat çayı hövzəsində su paylarını tənzimləmək üçün koordinasiya imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Avqust 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri