İraqlı iştirakçı: COP29dan gözləntilərim qlobal miqyasda qəbul olunan qərarların yerinə yetirilməsidir AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
COP29-dan gözləntilərim qlobal miqyasda qəbul olunan qərarların yerinə yetirilməsidir. Bütün dünyada iqlim dəyişikliyi ilə mübarizədə ehtiyac duyulan maliyyənin miqdarı artırılmalıdır. Düşünürəm ki, həssas ölkələrlə bu cür olmayan ölkələrdən fərqli davranıla bilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında İraqın yerli “Əssəd” təşkilatının həmtəsisçisi və prezidenti Gaşbin İdrees Ali söyləyib.
İqlimlə bağlı layihələr üçün çoxlu dəstək və vəsaitin qazanılmalı olduğunu diqqətə çatdıran qonaq bununla bağlı müzakirələrə şərait yaratdıqlarına görə COP29-un təşkilatçılarına minnətdarlığını bildirib.
“Biz öz dizaynlarımızı, layihələrimizi və ideyalarımızı COP29-da nümayiş etdiririk. Düşünürəm ki, bununla biz iqlimlə bağlı qlobal fəaliyyət səylərinə dəstək verə bilərik", - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 18 Noyabr 2024 20:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















