Icma.az
close
up
RU
İrəvan ABŞ və NATO ya yaxınlaşmağa çalışır, niyə?..

İrəvan ABŞ və NATO ya yaxınlaşmağa çalışır, niyə?..

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

İkinci Qarabağ müharibəsində Azərbaycandan aldığı sarsıdıcı məğlubiyyətdən sonra İrəvan yeni hərbi strategiyalar hazırlamağa çalışır, bunun üçün də NATO və Pentaqon ilə birbaşa əlaqələr qurur.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” xəbər kanalının Cənubi Qafqazdakı vəziyyətə həsr olunmuş reportajında deyilir.

Qeyd edilir ki, Ermənistanın baş qərargah rəisi Edvard Asryanın Pentaqonun nümayəndələri ilə təmaslarından qısa müddət sonra baş qərargah rəisinin müavini Artur Eroyanın başçılıq etdiyi erməni nümayəndə heyəti hazırda Ştutqarta Amerika hərbçiləri ilə görüşə yollanıb. “ABŞ-ın Avropa Komandanlığının (USAREUR) mənzil-qərargahında keçirilən danışıqlar bağlı qapılar arxasında olub və Ermənistan hakimiyyətinin ABŞ-dan hərbi sahədə dəstək almaq cəhdlərində növbəti həlqədir”, - deyə bildirilib.

Reportajda ABŞ-ın Avropa və Afrikada Quru qoşunlarının və Kanzas Milli Qvardiyasının şəxsi heyətinin İrəvanda keçirilən “Eagle Partner 24” birgə təlimlərində iştirakı, həmçinin Ermənistan baş qərargah rəisinin yanvarda NATO-nun mənzil-qərargahında, o cümlədən Yunanıstan, Fransa və İsveç nümayəndələri ilə görüşləri xatırladılır.

“HaberGlobal” Qərb ölkələrindəki hərbi mənbələrə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ilə USAREUR arasında hərbi sahədə əməkdaşlığa dair ümumi strategiyanın formalaşdırılması məqsədi ilə artıq ikinci ildir ki, danışıqlar təşkil olunur.

Telekanal Türkiyənin “Strasam” analitik mərkəzinin rəhbəri, Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Hüseyn Fazlının mövqeyinə istinad edərək bildirir ki, İrəvan ABŞ-la təmaslar yolu ilə Azərbaycan və Türkiyəyə “tək olmadığı” və Qərbin dəstəyini ala bildiyi mesajını ötürməyə çalışır.

“Ermənistan Vaşinqtondan hərbi texnologiya, texnika və avadanlıq əldə etməyə can atır”, - deyən Fazlı ABŞ-ın Ermənistandan İrana təzyiq göstərmək üçün yeni baza yaratmaq üçün istifadə edə biləcəyini istisna etmir.

“Ermənistan Qarabağ müharibəsindəki məğlubiyyət şokundan hələ də çıxa bilmir, yeni hərbi strategiyalar formalaşdırmağa çalışır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında hərbi və strateji əməkdaşlığın artırılması çox vacibdir”, - deyə “Strasam” rəhbəri vurğulayır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Mart 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri